|
|
ALİ İCTİMAİ-SİYASİ KOLLEC
1991-ci ilin iyun ayından fəaliyyətə başlamış
Ali İctimai-Siyasi Kollec Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli 204C saylı
sərəncamı ilə dövlət qeydiyyatından
keçərək özəl ali məktəb statusu
almışdır.
Ali İctimai-Siyasi Kollecdə aşağıdakı
ixtisaslar üzrə kadrlar hazırlanır:
AZƏRBAYCAN BÖLMƏSİ
Hüquqşünaslıq (əyani, qiyabi)
Beynəlxalq hüquq (əyani)
Beynəlxalq münasibətlər (əyani)
Beynəlxalq iqtisadi münasibətlər (əyani)
Regionşünaslıq (Yaxın və Orta Şərq),
(əyani)
Azərbaycan dili və ədəbiyyatı (əyani,
qiyabi)
Xarici dil və ədəbiyyat (ərəb dili, əyani)
Jurnalistika (əyani, qiyabi)
RUS BÖLMƏSİ
Hüquqşünaslıq (əyani, qiyabi)
Beynəlxalq hüquq (əyani)
Beynəlxalq münasibətlər (əyani)
Beynəlxalq iqtisadi münasibətlər (əyani)
Ali İctimai-Siyasi Kollec özünün elmi-pedaqoji
potensialına görə respublikamızın ən
qabaqcıl ali məktəblərindən biridir. Burada
Azərbaycan Elmlər Akademiyasının 12 həqiqi
və müxbir üzvü, 42 elmlər doktoru, professor,
45 elmlər namizədi, dosent çalışır.
Təhsil Azərbaycan və rus dillərində aparılır.
Ali Kollecdə bakalavr pilləsində yüksəkixtisaslı
kadrlar hazırlanır. Təhsil müddəti əyani
şö'bədə 4, qiyabi şö'bədə
5 ildir. Tələbələr təhsil aldığı
müddətdə hərbi xidmətdən azad olunur.
Şəhid, köçkün, müharibə dəhşətlərinə
mə'ruz qalan və imkansız ailələrdən
olan tələbələrə təhsil xərcinin
ödənilməsində guzəştlər edilir.
Dərs ə'laçıları son kurslarda xarici ölkələrə
göndərilir.
10 kafedra (hüquq
fənləri, təbiət fənləri, iqtisad fənləri,
xarici dillər, Azərbaycan dili və ədəbiyyatı,
beynəlxalq münasibətlər, fəlsəfə
və sosial-siyasi fənlər, şərq dilləri
və ədəbiyyatı, hərbi-tibbi hazırlıq)
fəaliyyət göstərir. Ali Kollecdə müasir
səviyyədə təchiz edilmiş linqafon və
kompüter kabinələri, kitabxana, idman və konfrans
zalı, bufet-yeməkxana tələbələrin xildmətindədir.
Ali Kollecin kafedraları respublikanın ali məktəbləri,
habelə Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə,
İran və digər ölkələrin uyğun ali
məktəbləri ilə kadr hazırlığı
sahəsində əməkdaşlıq edir, alimləri
respublika və beynəlxalq elmi konfranslarda və simpoziumlarda
fəal iştirak edir. 1998-ci il ərzində Ali Kollec
iki respublika səviyyəli elmi-nəzəri konfrans
keçirmişdir. Alitəhsilli mütəxəssislər
müsahibə yolu ilə Ali Kollecin hüquqşünaslıq
ixtisası üzrə qiyabi şö'bəsinin III
kursuna qəbul edilirlər. Hörmətli abituriyentlər!
Beynəlxalq standartlara uyğun mütəxəssis
olmaq istəyirsinizsə Ali Kollecimizə təşrif
buyurun.
|
ÜNVAN:
Bakı şəhəri, Tbilisi prospekti, məhəllə
3165
(Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə
İnstitutunun binası,
metronun 20 Yanvar stansiyası).
TELEFONLAR:
31-51-69, 38-77-34,
31-05-84, 31-19-15.
|
|
|