Tel: (99412) 40-30-09 
myschool@tqdk.gov.az 
 

BAKIDA AMERİKA UNİVERSİTETİ

Bakıda Amerika Universiteti (BAU) Azərbaycanda təhsilin amerikan modelini təcəssüm etdirən ingilisdilli özəl ali təhsil müəssisəsi və elmi-texniki tədqiqatlar mərkəzidir.
BAU Azərbaycan Respublikası Ədliyyə və Təhsil Nazirliklərinin sertifikatını və lisenziyasını almışdır. Universitetin tələbələri amerikan nümunəsi üzrə inşa edilmiş tələbə şəhərciyində - Kampusda yüksək səviyyəli ali təhsil almaq imkanına malikdirlər. BAU-nun Kampusu Amerika və Avropa universitetlərinin oxşar tələbə şəhərciklərinin yaxşı ən'ənələrini özündə birləşdirir. Xüsusi mübadilə proqramı universitet tələbələrinə öz təhsillərini ABŞ-ın hər hansı bir ali məktəbində davam etdirmək imkanı verir. BAU 32 Amerika universitetini özündə birləşdirən Texas Beynəlxalq Təhsil Konsorsiumu (TİEC) ilə müqavilə səviyyəsində əməkdaşlıq edir. Yəni BAU-nun bütün təhsil proqramları xüsusi olaraq Konsorsium tərəfindən hazırlanır və BAU-nun akademik bölməsinə bütünlüklə TİEC nəzarət edir. Həmin proqramlar üzrə dərs deyən yüksəkixtisaslı pedaqoji-müəllim hey’əti birbaşa ABŞ-dan TİEC tərəfindən göndərilir.

Bütün bunlar BAU-nun tələbələrinin beynəlxalq münasibətlər, işgüzar idarəetmə və kompüter elmləri sahəsində bakalavr dərəcəsi almalarını, Azərbaycan və Qərb şirkətlərində yüksək qiymətləndirilən təcrübəli və bilikli mütəxəssislər kimi yetişmələrini tə'min edir.
TRENİNQ MƏRKƏZİ Bakıda Amerika Universitetinin Treninq Mərkəzi 1998-ci ilin payızında - BAU-nun hazırda yerləşdiyi şəhərciyə (Kampusa) köçməsindən sonra fəaliyyətə başlamışdır. Mərkəzin fəaliyyətinin məqsədi universitet əməkdaşlarının potensialından və texniki imkanlarından istifadə etməklə Azərbaycan vətəndaşlarına müxtəlif sahələrdə biliklərini artırmaq və təkmilləşdirməkdə xidmətlər göstərməkdən ibarətdir.

TRENİNQ MƏRKƏZİ (axşam dərsləri)

İNGİLİS DİLİ

  • İngilisdilli ölkələrdən müəllimlər
  • Danışıq qrupları, audio/video
  • Başlanğıcdan
  • TOEFL imtahanlarına hazırlıq
  • GRE və GMAT imtahanlarına hazırlıq

    KOMPÜTER KURSLARI
  • Kompüterlər «Pentium-II»/müasir laboratoriyalar
  • Microsoft Office 98, başlanğıc səviyyədən («Word, Excel», «PowerPoint», «Access»)
  • «Corel Draw», «Paint», «Windows NT»

    BİZNES KURSLARI
  • (Amerika və Qərb professor və pedaqoqları tərəfindən dərslər ingilis dilində keçirilir)
  • Qərbdə menecmentin aparılması qaydaları, idarəetmə şəristəsi
  • Satış, marketinq, reklam, müştərilərə xidmət
  • Qərb mühasibatı, maliyyə, banklar
  • Kiçik biznesin idarə olunması
  • İşgüzar etiket və işgüzar əlaqələr
  • Katibələr - referentlər - ofisin idarə olunması
  • Beynəlxalq hüquq, ticarət, danışıqlar
  • Karyeranın planlaşdırılması
  • Texniki ingilis dili

    Mərkəz gələcəkdə dinləyicilərin tələb və təkliflərinə müvafiq olaraq müvəffəqiyyətlə irəliləmək və əlavə bilik almaq üçün lazımi tədris proqramlarının sayını artırmağa hazırdır. MƏKTƏB 1998-ci il sentyabrın 1-dən Bakıda Amerika Universitetinin nəzdində xüsusi məktəb fəaliyyətə başlayıb. Bu məktəb (1-11 siniflər) – gəlirsiz özəl müəssisədir. Məktəbin işi Texas Beynəlxalq Təhsil Konsorsiumu (TİEC) tərəfindən əlaqələndirilir. Məktəbin 3 bölməsi vardır: amerikan (ABŞ məktəblərinin tədris proqramları bazasında), azərbaycan və rus (müasir dövlət proqramları bazasında). Azərbaycan və rus bölmələrində şagirdlərə ümumtəhsil proqramlarından başqa intensiv ingilis dili (həftədə 10 saat), geniş kompüter təhsili (həftədə 5 saat), həmçinin dolğun məzmunlu estetik təhsil proqramları tədris edilir. Şagirdlər bu məktəbi bitirdikdən sonra təhsillərini Azərbaycanda olduğu kimi, onun hüdudlarından kənarda da davam etdirə bilərlər.

    UŞAQLARIN ERKƏN İNKİŞAF MƏRKƏZİ
    Uşaqların Erkən İnkişaf Mərkəzinin proqramı müxtəlif inkişaf səviyyəli uşaqlar üçün işlənib hazırlanmışdır:

  • Pre-kinderqarten (3-4 yaşında olanlar) 20 uşağa 2 müəllim
  • Kinderqarten (5 yaşında olanlar) 20 uşağa 2 müəllim
  • Pre-skul (5-6 yaşında) Uşaqların ümumi inkişafı proqramı məqsədidir.

    Tədris planı yalnız uşağın məhdud vərdişləri yerinə yetirməsi məşqinə yox, həm də onun intellektinin və şəxsi düşüncəsinin inkişafına istiqamətləndirilmişdir.

    ÜNVAN:
    BAKIDA AMERİKA UNİVERSİTETİ
    Z. Xəlilov küçəsi, 540-cı məhəllə
    Tel: (99412) 97 10 80 99412) 38 57 92 (Məktəb)
    (99412) 39 02 81 (Treninq mərkəzi)
    (99412) 39 02 59 (İnformasiya Şö’bəsi)
    Fax: (99412) 97 13 93
    Internet: www.aub.azeri.com

    Kindergarten/Elementary School

    370004, Neftçilər prospekti 73
    Tel: (99412) 97 15 49
     
     
      Copyright © 2003
    Tələbə Qəbulu üzrə Dovlət Komissiyası