«Naxçıvan» Universiteti
«Naxçıvan» Universiteti 1993-cü ildə tə'sis
edilmiş və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 4 iyul 1996-ci il tarixli 84 saylı qərarı
ilə dövlət qeydiyyatından keçərək
özəl ali məktəb statusu almışdır.
Fəaliyyət göstərdiyi müddətdə
universitetin bir neçə buraxılışı
olmuşdur. Ali məktəbin hazırladığı
mütəxəssislər istehsal, təhsil, elm və
mədəniyyətin müxtəlif sahələrində,
o cümlədən respublika hüquq mühafizə
orqanlarında, yol hərəkətinin təhlükəsizliyi
idarələrində, xarici şirkətlərdə
çalışırlar.
Universitet aşağıdakı ixtisaslar üzrə
kadrlar hazırlayır:
1. Beynəlxalq iqtisadi münasibətlər
2. İqtisadiyyatın hüquqi tənzimlənməsi
3. Hüquqşünaslıq
4. Yol hərəkətinin təşkili
5. Xarici dil (ingilis)
6. Tərcümə (ingilis).
7. İbtidai təhsilin pedaqogikası
və metodikası
8. Azərbaycan dili və ədəbiyyatı
9. Musiqi təhsili
10. Jurnalistika
Universitetdə 223 nəfərdən ibarət
professor-müəllim çalışır.
Onlardan 26 nəfəri professor, elmlər doktoru, 87
nəfəri elmlər namizədi, dosent, 36 nəfəri
baş müəllim və 65 nəfəri isə
müəllimdir. Bundan əlavə kafedralarda 3 nəfər
baş laborant və 6 laborant çalışır.
Universitetdə aşağıdakı kafedralar fəaliyyət
göstərir:
1. Azərbaycan dili və ədəbiyyatı
2. Pedaqogika və psixologiya
3. İctimai siyasi və hüquq elmləri
4. Texniki elmlər
5. Riyaziyyat və dəqiq elmlər
6. Təbiət elmləri
7. İqtisadiyyat elmləri
8. Xarici dillər
Universitetdə magistratura, kitabxana, kompüter mərkəzi,
nəşriyyat, oxu zalı, bufet-yeməkxana, idman
zalı, linqafon kabinələri, ixtisas laboratoriyaları,
konfrans zalı, mini poliklinika və s. fəaliyyət
göstərir. Bu təhsil ocağı Türkiyənin
Bilkənd, İranın Tehran-Azadi, İngiltərənin
Oksford, ABŞ-ın İndiana, universitetləri ilə
sıx əlaqə saxlayır, müəllim və
tələbə mübadiləsi edir. Universitetin özünə
məxsus 2 tədris binası vardır. 2 üçmərtəbəli
korpusun inşası başa çatdırılmış
və 1 beşmərtəbəli korpusun inşasına
başlanmışdır. Universitetdə ibtidai hərbi
hazırlıq kursu üzrə məşğələlər
keçirilir. Hərbi biliklərin daha mükəmməl
öyrədilməsi üçün yaxın gələcəkdə
burada müstəqil hərbi kafedranın açılması
planlaşdırılmışdır. Tə?lim prosesində
elmi-texniki tərəqqinin son nailiyyətlərindən
istifadə edilməsi üçün hal-hazırda
ixtisaslaşdırılmış auditoriyalar və
fənn kabinetləri yaradılır.
|