Qafqaz Universiteti
Azərbaycanda ilk xarici universitet kimi fəaliyyətə
başlayan Qafqaz Universiteti Nazirlər Kabinetinin 11 sentyabr
1995 - ci il tarixli 203 saylı qərarı ilə özəl
ali təhsil müəsissəsi statusu ilə dövlət
qeydiyyatından keçmişdir.
Başlıca məqsədi "bir millətin iki dövləti”
Türkiyə və Azərbaycan respublikalarının
elmi, texniki və pedaqoji potensiallarını birləşdirmək
olan universitet öhdəsinə düşən tarixi
vəzifəni ləyaqətlə yerinə yetirir.
Bir çox yeniliklərlə öncüllük etmiş
universitet daha bir yeniliyi gercəkləşdirmək
ərəfəsindədir. Tə’sisçi şirkətin
vəsaiti hesabına 20 ha torpaq sahəsi üzərində
inşa ediləcək müasir tipli yeni universitet
kompleksi müstəqil Azərbaycanımız üçün
də gözəl töhfə olacaqdır. Altı
ixtisas üzrə mütəxəssis hazırlayan
universitetin təhsil proqramları Azərbaycanın
ehtiyaclarına və Türkiyənin əməli
təcrübəsinə əsasən hazırlanmışdır.
Universitetin əyani şö’bəsində təhsil
müddəti bir il dil hazırlığı kursunu
və dörd il bakalavr pilləsini əhatə edir.
Universitet bu ildən e’tibarən magistr hazırlamaq
hüququ qazanmışdır.
İ X T İ S A S L A R:
BİLGİSAYAR MÜHENDİSLİGİ
(Avtomatlaşdırılmış sistemlərin və
hesablama texnikasının proqram tə’minatı)
İŞLETME
(Biznesin təşkili və idarə ediməsi)
KAMU YÖNETİMİ
(Dövlət və bələdiyyə idarəetməsi)
ULUSLARARASI HUKUK
(Beynəlxalq hüquq)
TÜRK DİLİ və EDEBİYATI
(Türk dili və ədəbiyyatı)
İLAHİYAT
(Dinşünaslıq)
Mükəmməl şəkildə türk və
ingilis dilləri (dinşünaslıq bölməsində
ərəb dili) öyrədilən hazırlıq
kursundan sonrakı mərhələdə tədris
azərbaycan və türk dillərində həyata
keçirilir. Bu zaman tələbələri müasir
tələblərə tamamilə cavab verən mükəmməl
təhsil, son model kompüterlərdən ibarət
laboratoriya, internetdən geniş istifadə imkanı,
xarici dillərdə olan elmi ədəbiyyat və
dərgilərdən ibarət kitabxana, təhsildə
xüsusi fərqlənənlər üçünx
həvəsləndirici mükafatlar və bir - birindən
maraqlı sürprizlər gözləyir.
Eyni zamanda universitetlə özəl bir şirkət
arasında bağlanmış müqaviləyə
əsasən ehtiyacı olan tələbələr
yataqxana ilə tə’min olunur. Ən başlıcası
isə universitetin mə’zunları Azərbaycanda fəaliyyət
göstərən yerli və xarici şirkətlər
tərəfindən rəğbətlə qarşılanaraq
ixtisaslarına uyğun yüksəkmaaşlı işlə
tə’min olunurlar. Bu amil universitetin təhsil sisteminə
və hazırladığı kadrların keyfiyyətinə
verilən ən yüksək qiymətdir.
Ümumiyyətlə, zəngin maddi texniki bazaya, öz
peşəsini ürəkdən sevən fədakar
müəllimlərdən ibarət güclü elmi-pedaqoji
potensiala malik olan universitetdə yüksəksəviyyəli
milli kadrların yetişməsi üçün hər
cür şərait mövcuddur. Burada yüksək
tələbkarlıq və professionallıq əsasında
qurulmuş tədris prosesi ilə yanaşı, elmi-tədqiqat
işlərinin aparılmasına, professor-müəllim
hey’ətinin və tələbələrin xarici ölkələrə
səfərlərinin təşkilinə, beynəlxalq
elmi konfrans və seminarların keçirilməsinə,
sosial tədqiqatların aparılmasına da xüsusi
diqqət yetirilir.
Azərbaycanda bələdiyyə sisteminin qurulması
ilə əlaqədar universitetin qanunvericilik prosesində
yaxından iştirakı və göstərdiyi elmi-texniki
yardım da görülən konkret işlərdəndir.
|