Odlar Yurdu Universiteti
Odlar Yurdu Universiteti Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 8 iyul 1996-cı il tarixli, 86 saylı qərarı
ilə dövlət qeydiyyatından keçmişdir.
Hazırda universitetdə:
Ümumi iqtisadiyyat peşə istiqaməti üzrə:
«Beynəlxalq iqtisadi münasibətlər»,
«Maliyyə və kredit»
ixtisasları. İnzibati idarəetmə peşə
istiqaməti üzrə:
«Gömrük işinin təşkili» ixtisası;
Yerüstü nəqliyyat vasitələri və
nəqliyyatın istismarı peşə istiqaməti
üzrə:
«Yol hərəkətinin təşkili» ixtisası.
İnformatika və hesablama texnikası peşə
istiqaməti üzrə:
«İnformasiya işlənməsinin və idarəetmənin
avtomatlaşdırılmış sistemləri» ixtisası.
«Maarif» peşə istiqaməti üzrə:
«İbtidai təhsilin pedaqogikası və metodikası»
ixtisası.
Hüquqşünaslıq peşə istiqaməti
üzrə:
«Hüquqşünaslıq» ixtisası.
«Tibbi biologiya»peşə istiqaməti üzrə:
«Tibbi biologiya» ixtisası.
«Dilşünaslıq» peşə istiqaməti
üzrə:
«Tərcümə (ingilis dili)» ixtisası üzrə
kadr hazırlığı aparılır.
Universitetdə aşağıdakı ixtisaslar üzrə
magistratura fəaliyyət göstərir:
Maliyyə və kredit
Beynəlxalq iqtisadi münasibətlər
Hüquqşünaslıq
İnformasiya işlənməsinin və idarəetmənin
avtomatlaşdırılmış sistemləri
Yol hərəkətinin təşkili
İkinci ali təhsil almaq istəyənlər universitetin
uyğun ixtisaslarının müvafiq kurslarına müsahibə
yolu ilə qəbul olunurlar.
Universitetdə tədris prosesi yüksək səviyyədə
qurulmuşdur. Tədrisə yüksəkixtisaslı
tanınmış alimlər cəlb edilmişdir. Onlardan
3 nəfəri Azərbaycan EA-nın akademiki, 2 nəfəri
EA-nın müxbir üzvü, 28 nəfəri elmlər
doktoru, professor, 135 nəfəri elmlər namizədi,
dosent və baş müəllimdir. Universitetin strukturuna
6 fakültə (iqtisadiyyat və menecment, hüquq, tərcümə,
nəqliyyat, tibb, informatika və pedaqoji) və 14 kafedra
daxildir.
Universitetin müasir tələblərə cavab verən
maddi-texniki bazası, o cümlədən bütün
ixtisaslar üzrə müasir avadanlıqlarla tə’min
edilmiş laboratoriya və fənn kabinetləri (kimya,
fizika, avtomobil, biokimya və immunologiya, morfologiya, kriminalistika
və s.), yeni modelli kompüterlərlə təchiz
olunmuş kompüter zalları, müasir tipli linqafon
otaqları, zəngin kitabxanası, oxu zalı, ixtisaslaşdırılmış
auditoriyaları, konfrans və mədəni-kütləvi
tədbirlər mərkəzi, nəşriyyatı,
tibb məntəqəsi, yeməkxanası və s. vardır.
Universitet MDB, Avropa və Amerikanın bir sıra qabaqcıl
universitetləri ilə sıx əlaqələr yaratmışdır.
Bu əlaqələrin əsasını qərb təhsili
texnologiyalarının öyrənilməsi və tətbiqi,
birgə təhsil mərkəzlərinin yaradılması,
beynəlxalq proyektlərdə birgə iştirak, birgə
elmi axtarışlar və tələbə-müəllim
mübadiləsi üzrə proqramların həyata
keçirilməsi təşkil edir. İtaliyanın
Torino Universiteti, Almaniyanın Zigen Universitetinin Ölçmə
Texnikası İnstitutu ilə imzalanmış müqavilələrə
birgə elmi axtarışların aparılması daxildir.
Belə elmi axtarışların nəticəsi olaraq
Zigen Universiteti ilə əməkdaşlıq əsasında
Odlar Yurdu Universitetinin sponsorluğu və təşkilatçılığı
ilə Almaniyanın Bisbaden şəhərində "Qeyri-səlis
çoxluqların və Soft-Komputinqin tətbiqləri"
adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda
Odlar Yurdu Universitetinin bir qrup alimi müxtəlif mə"ruzələrlə
çıxış etmişdir. ABŞ-ın Corciya
Dövlət Universiteti ilə qurulan əlaqələr
isə daha geniş spektrə malikdir: tələbə
mübadiləsi, müəllimlərin treninqi və
elmi axtarışlar.
Bu Universitetlə bağlanmış müqaviləyə
əsasən hər il Odlar Yurdu Universitetinin 5 ən
yaxşı tələbəsi təhsillərini Amerika
tərəfinin hesabına həmin universitetdə davam
etdirə bilərlər. Eyni zamanda Amsterdam Universiteti,
London Qildholl Universiteti, Sankt-Peterburq Universiteti, Özbəkistan
Bank-Maliyyə Akademiyası, London Menecment Kolleci, London
İncəsənət Kolleci və Quzey Kıprız
Türk Cümhuriyyətinin, demək olar ki, bütün
universitetləri ilə müxtəlif istiqamətlər
üzrə əməkdaşlıq müqavilələri
bağlanmışdır. İngilis dili və kompüter
texnikasının daha dərindən öyrənilməsi
ilə bağlı tələbələrin İngiltərənin
Qolders Qrin, Masvell Hill, Oksford İnternasional və Viktoriya
Kolleclərində qısamüddətli kurslarda iştirakını
tə’min edən müqavilələr də imzalanmışdır.
Universitet Bakıda yerləşən bütün beynəlxalq
təşkilatlarla (Açıq Cəmiyyət İnstitutu-Soros
fondu, İREX, ACTR/ACCELS, USİA və s.), xarici dövlətlərin
səfirlikləri və nümayəndəlikləri
ilə sıx əlaqələr yaratmışdır.
Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi,
Dövlət Vergi Müfəttişliyi, Dövlət
Gömrük Komitəsi, Azəravtonəqliyyat Dövlət
Konserni, dövlət və özəl banklar, ayrı-ayrı
şirkətlər, konsernlər, xarici və daxili firmalar
və s. ilə bağlanmış müqavilələrə
əsasən mə’zunlar öz ixtisaslarına uyğun
olaraq işlə tə’min olunurlar. Universitetdə təhsil
ödənişlidir. Qəbul zamanı yüksək
bal toplamış abituriyentlərə təhsil haqqının
ödənilməsində güzəştlər edilir.
Universitetdə iste’dadlı tələbələrə
xüsusi diqqət yetirilir. Tədris ilini ə’la qiymətlərlə
başa vuran tələbələr növbəti tədris
ilinin təhsil haqqının yarısından azad edilirlər.
Universiteti fərqlənmə diplomu ilə bitirənlərin
isə ödədikləri təhsil haqları təhsildə
qazandıqları müvəffəqiyyətlərinə
görə mükafat kimi özlərinə qaytarılır.
Bütün ixtisaslar üzrə təhsildə xüsusi
fərqlənən ən qabiliyyətli tələbələr
üçün adlı təqaüdlər tə’sis
edilmişdir.
Ən iste’dadlı tələbələr təhsillərini
universitetin hesabına xarici ölkələrin tanınmış
ali məktəblərində davam etdirə bilərlər.
Universitetdə tələbə yaradıcılığına
xüsusi diqqət və qayğı göstərilir.
«Şən və hazırcavablar klubu», «Odlar Yurdu» instrumental
ansamblı, «Odlar Yurdu» ədəbi birliyi tələbələrin
öz yaradıcılıq qabiliyyətini nümayiş
etdirə bilməsi, asudə vaxtlarını maraqlı
keçirməsi üçün əlverişli şərait
yaradır. Universitetin sponsorluğu ilə bir çox
tələbələrimiz dünya, Avropa, respublika çempionatlarında
iştirak edərək yüksək mükafatlara layiq
görülmüşlər. Universitetdə elmi-tədqiqat
işlərinə böyük yer verilir. Professor-müəllim
hey’ətinin və tələbə elmi cəmiyyətinin
elmi-tədqiqat işləri hər il universitetin «Elmi
və pedaqoji xəbərlər» jurnalında çap
olunur.
Eyni zamanda müvafiq mövzulara həsr olunmuş elmi-praktiki
konfranslar keçirilir. Universitetdə «Odlar Yurdu Universiteti»
adlı qəzet nəşr olunur. Universitetdə hazırlıq
kursları təşkil edilib və tələbə
qəbulu ilə bağlı abituriyentlərə kömək
məqsədi ilə bütün ixtisas qrupları üzrə
sınaq-test imtahanları keçirilir. Tələbələr
asudə vaxtlarını səmərəli və maraqlı
keçirmək üçün Universitetin konfrans və
mədəni-kütləvi tədbirlər mərkəzindən
istifadə edirlər. |