|
|
Xəzər Universiteti
Azərbaycan Respublikası Təhsil Naziri yanında
Tələbə Məclisinin (bax: “168 saat” qəzeti,
15 yanvar 1999) və “Azərbaycan Dünyası” jurnalı
redaksiyasının apardığı sorğular nəticəsində
Xəzər Universiteti “1998-ci ilin ən yaxşı
ali məktəbi” olmuşdur.
Keçmiş Sovetlər Birliyində ilk ingilisdilli
özəl ali məktəb olan Xəzər Universiteti
1991-ci il martın 18-də Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 41 saylı qərarı ilə
yaradılmışdır. Bu təhsil ocağı
ölkəmizdə beynəlxalq standartlara uyğun
kadrlara, eləcə də ingilisdilli mütəxəssislərə
olan kəskin ehtiyacı ödəmək məqsədi
ilə təşkil olunmuşdur. Universitet 1995-ci il
martın 4-də Azərbaycan Respublikası Nazirlər
Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının
45 saylı qərarı ilə özəl ali məktəb
kimi qeydiyyatdan keçmişdir.
Nazirlər Kabinetinin 13.02.97-ci il 15 saylı və Təhsil
Nazirliyinin 19.06.97-ci il 420 saylı qərarı ilə
universitetə bir çox ixtisaslar üzrə magistraturada
mütəxəssis hazırlığına icazə
verilmişdir.
Burada bakalavr pilləsində aşağıdakı
ixtisaslar üzrə kadr hazırlığı aparılır.
Neft və qaz yataqlarının istismarı və işlənməsi
(burada neft və qaz sənayesində kompüter, iqtisadiyyat
və menecmentlə bağlı metodlar öyrədilir)
Kompüter riyaziyyatı (burada kompüter elmlərinin
proqramlaşdırma, mühəndislik, iqtisadiyyat,
menecment və neft sənayesində tətbiqi metodları
öyrədilir)
Xarici dil və ədəbiyyat (tərcümə məsələləri,
amerikaşünaslıq, britaniyaşünaslıq
öyrədilir, ikinci dil kimi isə ərəb və
ya fars dili tədris edilir)
Jurnalistika (qəzet, jurnal, radio, televiziya və kino
jurnalistikası öyrədilir)
Beynəlxalq iqtisadi münasibətlər Menecment (turizm
və hotel təsərrüfatı)
Biznesin təşkili və idarə edilməsi
Beynəlxalq hüquq
Hüquqşünaslıq
Tibbi biologiya (tibb elmləri və xüsusilə tibbi
diaqnostika öyrədilir)
Tərcümə
Maliyyə və kredit
Politologiya
Xəzər Universitetində, təxminən, 170 nəfərdən
ibarət professor-müəllim hey’əti çalışır.
Onlardan 45 nəfəri elmlər doktoru, 73 nəfəri
elmlər namizədidir. Xəzər Universitetində mövcud istiqamətləri
geniş əhatə edən 19 kafedra fəaliyyət
göstərir. Hazırda hərbi kafedra yaradılması
üzərində iş gedir. Universitetin geniş maddi-texniki
bazası vardır. Burada 5 mərtəbəli tədris
korpusu, nəşriyyat, mətbəə, elmi və
tədris laboratoriyaları fəaliyyət göstərir,
üç dildə qəzet və elmi jurnallar nəşr
olunur.
Tələbələrə Avropa standartlarına uyğun
zəngin kitabxana (burada Azərbaycan, rus, ingilis, fransız,
alman, fars, türk, ərəb, yapon, ispan, italyan və
çin dillərində 50.000-ə yaxın kitab toplanmışdır),
iki yeməkxana, ən müasir kompüter mərkəzi,
idman kompleksi xidmət edir, pulsuz tibbi yardım göstərilir.
Xəzər Universiteti ABŞ-ın Corciya, Ayova, Blumsberq,
İllinoys, Kaliforniya, Kornel, Minessota, Karolina, Harvard,
Stanford universitetləri ilə, Kanadanın Kalqari, Toronto,
Halifaks universitetləri ilə, Böyük Britaniyanın
Straçklayd, Dandi, Lankaster, Nottinhem universitetləri
ilə, Fransanın Dunkerk Universiteti ilə, İranın
Təbriz, Urmiyə və Zəncan universitetləri
ilə, Türkiyənin Mərmərə Universiteti
və İstanbul Texniki Universiteti, habelə Hindistan,
Çin və Hollandiyanın bir sıra universitetləri
ilə sıx əlaqə saxlayır.
Mə`zunlar və yuxarı kurs tələbələri,
əsasən, xarici şirkətlərdə yüksəkmaaşlı
işlərlə tə`min olunur (bununla universitetdə
yaradılmış xüsusi mərkəz məşğuldur).
Xəzər Universitetində dərslər, əsasən,
ingilis dilində tədris edilir. Bununla yanaşı,
ingilis dilini zəif bilən və ya ingilis dilini öyrənməmiş
abituriyentlər də Xəzər Universitetinə qəbul
oluna bilərlər. Onlar ingilis dilini məşhur xarici
universitetlərlə birlikdə hazırlanmış
xüsusi proqram əsasında öyrənir və sonra
təhsillərini davam etdirirlər. Xüsusilə fərqlənən
tələbələr təhsillərinin bir hissəsini
Amerika, Kanada, İngiltərə, Fransa və s. ölkələrin
universitetlərində davam etdirmək imkanı qazanırlar.
İndiyə qədər 100-dən çox tələbə
öz təhsilinin müəyyən hissəsini adı
çəkilən ölkələrdə davam etdirmişdir.
Xəzər Universiteti fəaliyyəti dövründə
bir çox qrant-mükafatlar almışdır. O cümlədən:
ABŞ İnformasiya Agentliyi qrantı Amerika Sülh
İnstitutu qrantı Amerika Prezident qrantı Qlobal Keyfiyyət
Menecmenti qrantı (London) Avro-Asiya Fondu qrantı Amerikanın
Corc Meyson Universiteti ilə birlikdə «Konfliktlərin
həlli sahəsinə ayrılmış qrant» ABŞ-ın
Corciya Dövlət Universiteti ilə magistratura sahəsində
(Biznes idarəçiliyi üzrə) ayrılmış
qrant Fransanın Dünkerk Beynəlxalq Ticarət İnstitutu
qrantı Los-Ancelesdə yerləşən Kaliforniya
Universiteti ilə müəllim mübadiləsi haqqında
qrant Soros Fondunun «iqtisadiyyat», «kitabxanalar və kitabxanaçılar»,
«insan hüquqları» yay kursları ilə bağlı
qrant.
İngiltərənin Notinhem Trent və Hollandiyanın
Harlem universitetləri ilə birlikdə «ali təhsildə
keyfiyyətin qorunması» sahəsində qrant Xəzər
Universitetinin xeyli sayda müəllimi müxtəlif
qrantların sahibi kimi xarici ölkələrin məşhur
universitetlərində işləmişlər. Xəzər
Universiteti haqqında söylənmiş fikirlərdən
bə’zi məqamlar:
Tomas Yanq (Böyük Britaniyanın Azərbaycandakı
səfiri): “Xəzər Azərbaycanda özəl universitet
kimi çox nüfuz qazanmışdır, Azərbaycanın
bütün universitetləri arasında ən qabaqcıldır”.
Riçard Braun (Bakıda Amerika İnformasiya Mərkəzinin
direktoru, ABŞ-ın Azərbaycandakı səfirliyi):
“Xəzər Universiteti, çox güman ki, Azərbaycanda
ən inkişaf etmiş ali məktəbdir”.
Tadeuş Svyatoçovski (doktor, tarixçi-şərqşünas,
ABŞ): “...Xəzər Universiteti mənə əsas
xüsusiyyəti daimi axtarışda olan və buna
görə də daimi dəyişmədə olan Amerika
universitetlərini xatırladır”.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti
(AIOC): “Xəzər Universiteti yüksək keyfiyyətli
təhsil verən ali məktəb kimi geniş hörmət
qazanmışdır”.
Prays Voterhaus (Price Waterhouse): “Bizim şirkət Azərbaycanda
çox müvəffəqiyyətlə fəaliyyət
göstərir və həmişə Xəzər Universitetinin
yüksəksəviyyəli və geniş bilikli mə’zunlarına
ehtiyac duyur ”.
Əyani şö`bənin tələbələri
oxuduqları müddətdə əsgəri xidmətdən
azaddırlar. |
Ünvan:
8-ci km. qəsəbəsi, Məhsəti küçəsi,11.
(Neftçilər metrosunun yaxınlığında)
Əlaqə telefonları: 21-75-19, 21-79-27, 21-79-16. Fax:
98-93-79.
E-mail: Contact@ Khazar.org
Internet: http://www.khazar.org
|
|
|