|
|
Qərb Universiteti
Qərb Universiteti Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 4 mart 1995-ci il tarixli 44 saylı qərarı
ilə qeyri-dövlət təhsil müəssisəsi
kimi dövlət qeydiyyatına alınıb.
Universitetdə aşağıdakı ixtisaslar üzrə
ingilis, Azərbaycan və rus dillərində bakalavr
hazırlığı aparılır.
İnformatika və hesablama texnikası (istiqamətlər
üzrə):
Hesablama texnikası və informatika;
İnformatika və hesablama sistemlərinin menecment və
mühəndisliyi.
İqtisadiyyatın hüquqi tənzimlənməsi
Ümumi iqtisadiyyat (istiqamətlər üzrə)
:
Beynəlxalq iqtisadi münasibətlər;
Maliyyə və kredit. Beynəlxalq hüquq (istiqamətlər
üzrə):
Neft hüququ;
Avropa hüququ;
Nəqliyyat hüququ.
Beynəlxalq jurnalistika Politologiya Regionşünaslıq
(istiqamətlər üzrə):
Britaniyaşünaslıq;
Amerikaşünaslıq;
Qafqazşünaslıq. Xarici dillər:
İngilis dili və Britaniya ədəbiyyatı;
İngilis dili və Amerika ədəbiyyatı;
Alman dili və ədəbiyyatı;
Fransız dili və ədəbiyyatı;
Tərcümə (ingilis, fransız, alman).
Menecment (istiqamətlər üzrə):
Mehmanxana və turizm menecmenti;
Biznes-menecment;
Beynəlxalq menecment;
Bank işi menecmenti;
Hey`ətin idarə olunması;
Biznesin təşkili və idarə edilməsi.
Dizayn (sahələr üzrə).
Göstərilən ixtisaslar üzrə təhsil əyani,
axşam və qiyabi şö`bələrdə aparılır.
Bundan əlavə, universitetdə aşağıdakı
istiqamətlər üzrə ikiillik magistratura da fəaliyyət
göstərir:
İİM - 030000 İnzibati idarəetmə;
İM - 030001 İqtisadiyyatın hüquqi tənzimlənməsi;
İİM - 010000 İqtisadiyyat;
İM - 010001 Beynəlxalq iqtisadi münasibətlər;
İM - 020000 Mühəndis iqtisadiyyatı və idarəetmə;
İM - 020002 Biznesin təşkili və idarə edilməsi;
İM - 020009 Bank menecmenti;
İM - 020014 Beynəlxalq menecment;
HSM - 090000 Siyasi elmlər;
HSM - 090009 Beynəlxalq siyasi proseslər və beynəlxalq
əlaqələr nəzəriyyəsi.
Qərb Universitetində 8 kafedra fəaliyyət göstərir:
“Politologiya”, “Humanitar fənlər”, “İqtisadiyyat”,
“Marketinq və menecment”, “İngilis dili”, “Riyaziyyat və
informatika tə`minatı”, “Hüquq” və “Dil hazırlığı”.
Beynəlxalq səviyyədə bakalavr və magistr
hazırlığının həyata keçirilməsində
universitet yüksək elmi-pedaqoji potensiala əsaslanır.
Belə ki, universitetdə 3 akademik, 16 professor, 1 elmlər
doktoru - dosent, 1 elmlər namizədi - dosent, 17 dosent,
44 elmlər namizədi - baş müəllim və
65 müəllim işləyir. O cümlədən
respublikanın bir sıra görkəmli şəxsləri,
alimləri məsləhətçi və diplom rəhbəri
kimi universitetlə yaxından əməkdaşlıq
edirlər. Qərb Universitetində müxtəlif proqramlar
üzrə 25-dən çox xarici müəllim çalışır.
Tədrisin yüksək səviyyədə aparılmasında
Universitetin zəngin maddi-texniki bazası əsas rol
oynayır. Müasir səviyyədə təchiz edilmiş
auditoriyalar, kompüter otaqları, audio-video texnika, on
minlərlə Azərbaycan, rus, ingilis, alman, fransız
və ispan dillərində zəngin ədəbiyyata
malik kitabxana fondu tələbələrin ixtiyarına
verilmişdir. Qərb Universitetində ən müasir
kompüterlərlə təchiz olunmuş və INTERNET
sisteminə qoşulmuş mərkəz fəaliyyət
göstərir. Universitetə qəbul olunan hər bir
tələbə burada öz elektron ünvanını
açmaq imkanı əldə edir.
Universitetdə xüsusi poliqrafiya-nəşriyyat şö`bəsində
çap olunan “Təkamül” jurnalı görkəmli
elm xadimlərinə və gənc alimlərə öz
elmi yaradıcılıqlarını əks etdirməyə
imkan verir. Qərb Universitetinin müəllim və tələbələri
ABŞ, Böyük Britaniya, Hollandiya, Türkiyə
və Almaniya universitetlərinə getmək, ixtisaslarını
artırmaq, təhsillərini bu ölkələrin
universitetlərində davam etdirmək imkanlarına
malikdirlər. Universitetin bütün tələbələri
bir və ya iki xarici dilə mükəmməl yiyələnirlər.
İngilis dilinə mükəmməl dərəcədə
yiyələnmiş tələbələr beynəlxalq
konfrans və sərgilərdə tərcüməçi-bələdçi
kimi iştirak edirlər. Universiteti bitirən yüzlərlə
mə`zunlarımız respublikamızın dövlət
və qeyri-dövlət orqanlarında, müxtəlif
kütləvi informasiya vasitələrində, xarici
ölkələrin Azərbaycanda olan nümayəndəliklərində,
beynəlxalq şirkətlərdə və xarici ölkələrdə
çalışırlar.
Qərb Universitetinin tələbələri asudə
vaxtlarını səmərəli və maraqlı
keçirirlər. Burada fəaliyyət göstərən
tələbələrdən ibarət xor kollektivi peşəkarlar
arasında da özünə ad qazanmışdır.
İdmanın müxtəlif növləri üzrə
(basketbol, futbol, karate və s.) keçirilən yarışlarda
universitet tələbələri bacarıqla çıxış
edirlər. Onlar, həmçinin universitetin tələbə
qəzetinin nəşrində, şən və hazırcavablar
klubunda, tələbə teatrında, breyn – rinq oyunlarında
da həvəslə iştirak edirlər. |
Ünvan:
370001, Bakı, İstiqlaliyyət küç. 27
TELEFON: 92-74-18 FAKS: 92-67-01
INTERNET: http://www. aznet.org
E-MAIL:
Rektorat @wu.baku.az,
Rectorat @wu.aznet.org .
|
|
|