Tel: (99412) 40-30-09 
myschool@tqdk.gov.az 
 

Azərbaycan Universiteti

Azərbaycan Universiteti ölkəmizdə yaranan ilk özəl təhsil müəssisələrindən biridir. Universitet 1991-ci ildə onun hazırkı rektoru, fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilov tərəfindən tə’sis olunmuşdur.

Respublika Nazirlər Kabinetinin 1995-ci il 4 mart tarixli 47 saylı qərarı ilə qeydiyyatdan keçmiş bu ali məktəb İngilisdilli Gimnaziya, Humanitar lisey, Kollec və Universitetdən ibarət çoxpilləli təhsil kompleksidir.

Hal-hazırda universitetdə 4 fakültə və 10 kafedra fəaliyyət göstərir.
Universitet aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlayır:

  • Beynəlxalq münasibətlər
  • Beynəlxalq hüquq
  • Hüquqşünaslıq
  • Beynəlxalq iqtisadi əlaqələr
  • İqtisadiyyatın hüquqi tənzimlənməsi
  • Maliyyə və kredit
  • Dövlət və bələdiyyə idarəetməsi
  • Tərcüməçi (rus-ingilis-azərbaycan dilləri üzrə)

    İngilisdilli gimnaziyanın şagirdləri universitetin linqafon kabinetində Universitetdə 600 nəfərə yaxın tələbə təhsil alır. Təhsil azərbaycan, rus və ingilis dillərində aparılır. Universitetdə fəaliyyət göstərən magistratura mə’zunlara öz elmi və ixtisas dərəcələrini artırmağa imkan verir. Mə’zunlar azad tə’yinat əsasında işə düzəlir. Xüsusi iste’dadı olan mə’zunlara universitetin rəhbərliyi tərəfindən zəmanət və ya göndəriş verilir. Tibbi xidmət laboratoriyası Tam ştatlı professor-müəllim hey’əti 159 nəfərdən ibarədir. Bunlardan 2 nəfər Azərbaycan EA-nın akademiki, 5 nəfər Azərbaycan EA-nın müxbir üzvü, 38 nəfər elmlər doktoru, professor, 56 nəfər elmlər namizədi, dosent və 58 nəfər müəllim-assistentdir.

    Universitet tələbələrinin müasir səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılmışdır. Belə ki, universitetin zəngin kitabxanası, nəşriyyatı, mətbəəsi, linqafon laboratoriyası, müasir kompüterlərlə təchiz olunmuş kabinetləri, geniş idman zalı, yataqxanası, tibbi xidmət üçün poliklinikası vardır. Universitetdə «İpək Yolu» adlı beynəlxalq jurnal nəşr olunur.

    Bu ildən universitetdə hərbi kafedra fəaliyyət göstərir. Universitetdə tədris-metodiki tə’minata xüsusi yer verilir. Belə ki, universitetin mərkəzi kitabxanası və tədqiqat mərkəzləri mütəmadi olaraq yeni dərsliklər, dərs vəsaitləri, müxtəlif tədris proqramları və digər ədəbiyyatlarla tə’min edilir. Eyni zamanda universitetin əməkdaşları tərəfindən yeni dərsliklər, monoqrafiyalar, dərs vəsaitləri və tədris proqramları işlənib hazırlanır. Kafedralarla yanaşı universitetin elmi-tədqiqat mərkəzlərində də elmi işlər aparılır.

    Universitet nəzdində aşağıdakı elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərir:
  • «Şərq-Qərb» elmi-tədqiqat Mərkəzi
  • Konfliktlərin həlli Mərkəzi
  • «Atmosfer» ekoloji tədqiqatlar Mərkəzi
  • İslam tədqiqat Mərkəzi

    Azərbaycan Universiteti dünyanın bir çox aparıcı universitetləri ilə əlaqələr yaratmışdır. Müəllim və tələbə mübadiləsi həyata keçirilir.

    Azərbaycan Universiteti aşağıdakı beynəlxalq təşkilatların üzvüdür:
  • Planlaşdırma üzrə Avropa institutları Assosiasiyası (AESOP) – 1994
  • İslam dünyası universitetləri Federasiyası (FUIW) – 1995
  • Universitet rektorlarının beynəlxalq Assosiasiyası (IAUP) – 1996
  • Beynəlxalq universitetlər Assosiasiyası (IAU) – 1997
  • Demokratiya uğrunda universitetlər Alyansı (AUDEM) –1997



    Ünvan:
    Akademik Mirəli Qaşqay küçəsi, 84
    Əlaqə telefonları: 40-33-25; 40-16-31; 93-77-68
    Avtobuslar - ¹¹ 106, 88, 63, 494, 123
     
     
      Copyright © 2003
    Tələbə Qəbulu üzrə Dovlət Komissiyası