Tel: (99412) 40-30-09 
myschool@tqdk.gov.az 
 

BAKI ALİ PEDAQOJİ QIZLAR SEMİNARİYASI

Əsası 1992-ci ildə qoyulmuş Bakı Ali Pedaqoji Qızlar Seminariyasının yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir.

Fəaliyyətə «Pedaqogika və psixologiya», «İbtidai təhsilin pedaqogikası və metodikası», «Psixologiya», «Sosial pedaqogika» ixtisasları üzrə kadr hazırlamaqla başlayan Bakı Ali Pedaqoji Qızlar Seminariyası 1996-cı il fevralın 21-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 saylı qərarı ilə dövlət qeydiyyatına alınmışdır. Seminariyanın maddi-texniki bazası, professor-müəllim hey’ətinin tərkibi nəzərə alınaraq 1997-ci ildən burada «Azərbaycan dili və ədəbiyyatı», «Tarix və ictimaiyyət», «İqtisadi biliklər», «Jurnalistika» ixtisasları üzrə kadr hazırlanmasına icazə verilmişdir.

Hazırda Seminariyada aşağıdakı ixtisaslar üzrə bakalavr pilləsində kadrlar hazırlanır:
• Jurnalistika (əyani)
• Tarix və ictimaiyyət (əyani, qiyabi)
• Azərbaycan dili və ədəbiyyatı (əyani, qiyabi)
• İbtidai təhsilin pedaqogikası və metodikası (əyani, qiyabi)
• Pedaqogika və psixologiya (əyani, qiyabi)
• Psixologiya (əyani)
• İqtisadi biliklər (əyani)
• Sosial pedaqogika (əyani)

Seminariyanın əyani şö’bəsində təhsil müddəti 4 il, qiyabi şö’bəsində 4 il 6 aydır. Seminariyada «Dillər», «Ədəbiyyat», «Tarix», «Təbiət fənləri», «Psixologiya», «Pedaqogika», «İctimai elmlər» kafedraları fəaliyyət göstərir. Tələbələrin tə’lim-tərbiyəsi ilə 7 kafedrada çalışan 100-dən artıq müəllim məşğul olur. Onlaradan 37 nəfəri elmlər doktoru, professor, qalanları isə elmlər namizədi, dosentdir. Seminariyanın əsaslı tə’mir edilmiş binası, tədris üçün zəruri texniki vasitələrlə təchiz olunmuş 50-75 nəfərlik auditoriyaları vardır. Seminariyada zəngin kitabxana, ixtisas laboratoriyaları, iclas zalı, yeməkxana, nəşriyyat, şən və hazırcavablar klubu, bədii özfəaliyyət dərnəyi, xor kollektivi və s. fəaliyyət göstərir. Bu günədək Seminariyanın dörd buraxılışı olub.

Seminariyanın mə’zunları Respublika Təhsil Nazirliyi tərəfindən verilmiş dövlət nümunəli diplomlar əsasında ümumtəhsil məktəblərində, ali təhsil ocaqları və məktəbəqər tərbiyə müəssisələrində çalışırlar. Seminariya gediş-gəliş üçün əlverişli olan bir yerdə - Azərbaycan Dövlət Milli Dram Teatrının, metronun “Nizami“ stansiyasının yaxınlığında yerləşir,


Ünvan:
Bakı, 370009, Murtuza Muxtarov, 50. (keçmiş Poluxin küçəsi)
Əlaqə telefonları: 95-30-02, 94-69-86.
 
 
  Copyright © 2003
Tələbə Qəbulu üzrə Dovlət Komissiyası