AZƏRBAYCAN DƏNİZ AKADEMİYASI
Xüsusi ixtisaslı ali təhsil müəssisələrindən
olan Azərbaycan Dəniz Akademiyası uzun illər
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi
idarəsinin nəzdində fəaliyyət qöstərmiş
Bakı Dəniz Yolları Məktəbinin bazası
əsasında yaradılmışdır.1996 cı
ildə Respublika Nazirlər Kabinetinin 15 iyul tarixli 91
saylı qərarı ilə Dənizçilik məktəbinin
yenidən qurulması, onun maddi -texniki bazası və
elmi - pedaqoji kadr potensialının möhkəmləndirilməsi
nəticəsində respublikada analoqu olmayan bu ali məktəb
təşkil edildi , ona akademiya statusu verildi.
İxtisaslar |
Gəmiçilik və gəmilərin hərəkitinin
idarə edilməsi-Azərbaycan və rus bölmələri,ödənişsiz
və ödənişli əsaslarla (əyani
və qiyabı şö’bələr)
Gəmi energetik qurğuları və onların
istismarı-Azərbaycan və rus bölmələri,
ödənişsiz və odənişli əsaslarla
(əyani və qiyabi)
Nəqliyyatda daşımaların və idarəetmənin
təşkili (su nəqliyyatı üzrə)-Azərbaycan
bölməsi, ödənişli əsaslarla(əyanı
şö'bə)
Gəmilərin elektrik avadanlığı və
avtomatikası-Azərbaycan və rus bölmələri,
ödənişsiz və ödənişli əsaslarla(əyani
şö'bə)
Nəqliyyat radioavadanlığının texniki
istismarı-Azərbaycan bölməsi, ödənişli
əsaslarla (əyani şö'bə) |
Əyani şö'bədə təhsil müddəti
4, qiyabı şöbədə isə 5 ildir.
Dənizçilik peşəsinin xüsusiyyətləri
nəzərə alınaraq, akademiyaya yalnız sağlam
oğlanlar qəbul edilir. Buna qörə də akademiyanın
ixtisaslarını seçən qənclər əvvəlcə
həmin ixtisasların profilinə uyğyn olaraq burada
xüsusi tibbi və psixoloji müayinədən keçirlər.
Müayinədən yalnız müsbət rə'y
almış abiturientlər akademiyanın ixtisaslarına
sənəd vermək hüququ qazanırlar.
Akademiya diqər ali məktəblərdən aşağıdakı
xüsusiyyətləri ilə də fərqlənir:
a) təhsil müddəti ərzində tələbələr
yataqxana ilə tə'min edilirlər;
b) tələbələr qündə üç dəfə
yeməklə tə'min olunurlar;
v) təhsil müddəti ərzində hərbi xidmətdən
azad olunurlar;
q) akademiyanı bitirdikdən sonra gənc mütəxəssislər
işlə tə'min olunurlar.
Ə'la və yaxşı qiymətlərlə oxuyan
tələbələrə xarici ölkələrə
üzən gəmilərdə işləmək üçün
viza açılır. Yüksəkkeyfiyyətli mütəxəssislər
hazırlamaq üçün akademiya özünün
maddi-texniki potensialını daim moderinləşdirir,auditoriyalarını,laboratoriyalarını,tədris
kabinələrini ən müasir texniki-tə'lim vasitələri
ilə zənqinləşdirir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
möhkəmləndirilməsi,onun xarici əlaqələrinin
genişləndirilməsi, beynəlxalq nüfuzunun
güclənməsi Dəniz Akademiyası qarşısında
inkişaf üçün perspektivlər açır,
yüksəkixtisaslı dənizçi kadrları hazırlamaq
sahəsində onun məs'uliyyətini artırır.
|