Lənkəran Dövlət
Universiteti
Lənkəran Dövlət Universiteti Respublika Nazirlər
Kabinetinin 1991-ci il 25 sentyabr tarixli 319 saylı qərarı
ilə Bakı Dövlət Universitetinin filialı
kimi fəaliyyətə başlamış, Nazirlər
Kabinetinin 1992-ci il 23 iyul tarixli 403 saylı qərarı
ilə müstəqil Dövlət Universitetinə
(LDU) çevrilmişdir.
Universitetdə 4 fakültə: humanitar elmlər, təbiyyat,
iqtisadiyyat və pedaqoji fakültələr fəailiyyət
göstərir. Universitetdə 200 nəfərdən
artıq professor-müəllim hey’əti fəaliyyət
göstərir.
Onlardan: 2 nəfəri akademik, 30 nəfəri elmlər
doktoru, professor, 90 nəfəri elmlər namizədi,
dosent və baş müəllimdir. 1997/98-ci tədris
ilindən universitetdə magistratura şö’bəsi
yaradılmışdır. Burada 41 magistr təhsil
alır.
Təhsildə xüsusilə
fərqlənən, ictimai işlərdə fəallıq
göstərən tələbələr və magistrlər
üçün H.Əliyev və H.Aslanov adına adlı
təqaüdlər tə'sis edilmişdir. 1997-ci ildə
universitetin ilk buraxılışı olmuşdur.
|
Kafedralar |
İxtisaslar |
Ədəbiyyat
Tarix
Sosial - siyasi və fəlsəfi elmlər
Azərbaycan dilçiliyi və türkologiya
Fizika- riyaziyyat
Kimya-biologiya
Coğrafi-ekologiya
Hərbi və fiziki hazırlıq
Xarici dillər
Pedaqogika və psixologiya
Aqro-iqtisadiyyat və texnologiya
İqtisadiyyat və idarəetmə |
Azərbaycan dili və ədəbiyyatı
Tarix- ictimaiyyət
İngilis dili
Fransız dili
İbtidai təhsilin pedaqogikası və metodikası
Musiqi təhsili
İlkin hərbi və fiziki hazırlıq Coğrafiya
Ətraf mühitin mühafizəsi və təbii
ehtiyatlardan səmərəli istifadə Riyaziyyat
- informatika
İstehsal və xidmət sahələrinin iqtisadiyyatı
və idarə edilməsi
Dövlət və bələdiyyə idarəetməsi
Gömrük işinin təşkili
Meyvə-tərəvəzçilik və üzümçülük
|
LDU-nun zəngin maddi-texniki bazası vardır. Universitetdə
kompüter mərkəzi, kimya, biologiya, fizika laboratoriyaları,
informasiya və komunikasiya texnologiyaları mərkəzi
hərbi və fiziki tə'lim kafedrasının nəzdində
hərbi hazırlıq metodikası kabineti, mülki
müdafiə kabineti və hərbi rabitə hazırlığı
kabineti fəaliyyət göstərir. Universtietdə
ingilis dilinə və kompüter texnikasına yiyələnmək
istəyənlər üçün əlavə kurslar
təşkil olunmuş, şən və hazırcavablar
klubu, bədii özfəaliyyət dərnəyi və
xor kollektivi yaradılmışdır.
Mə’zunlar Respublika Təhsil Nazirliyi tərəfindən
verilmiş diplomlar əsasında ümumtəhsil
məktəblərində, ali təhsil ocaqlarında,
məktəbəqədər tərbiyə müəssisələrində
və başqa sahələrdə çalışırlar.
LDU-nun kitabxanası, geniş oxu zalı, yataqxanası,
yeməkxanası, idman zalı və tibb məntəqəsi
vardır. Lənkəran Dövlət Universiteti İran
İslam Respublikasının Gilan və Fransanın
Strasburq Universitetləri ilə elm, təhsil və
mədəni sahələrdə əməkdaşlığa
dair müqavilə imzalamışdır. LDU Xəzəryanı
dövlətlərin universitetləri assosiasiyasına
qəbul olunmuşdur.
|