YUSİF MƏMMƏDƏLİYEV
ADINA NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ
Azərbaycan Respublikasının ali məktəblər
ailəsinin üzvlərindən biri də Yusif Məmmədəliyev
adına Naxçıvan Dövlət Universitetidir.
Bu ali təhsil ocağı Azərbaycanın ayrılmaz
tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında
fəaliyyət göstərən yeganə dövlət
universiteti, müasir mərhələdə qədim
diyarın əsas elm, təhsil və mədəniyyət
mərkəzidir.
Naxçıvan Dövlət Universiteti 1967-ci ildə
yaradılmış Azərbaycan Dövlət Pedaqoji
İnstitutu Naxçıvan filialının, beş
il sonra isə müstəqil ali məktəbə
çevrilmiş Naxçıvan Dövlət Pedaqoji
İnstitutunun varisidir.
Filial kimi fəaliyyət göstərdiyi illərdə
ali məktəbdə üç ixtisas-Azərbaycan
dili və ədəbiyyatı, tarix və riyaziyyat
ixtisasları üzrə mütəxəssislər
hazırlanırdı. Burada elmi dərəcəsi
olan cəmi dörd nəfər müəllim elmi-pedaqoji
fəaliyyətlə məşğul olurdu. Regionun
ehtiyacları nəzərə alınaraq 1972-ci ildə
Naxçıvan filialının bazası əsasında
Y. Məmmədəliyev adına Naxçıvan Dövlət
Pedaqoji İnstitutu təşkil olundu. İnstitutda
Azərbaycan dili və ədəbiyyatı, tarix, fizika,
riyaziyyat, kimya, biologiya, əmək ixtsasları üzrə
mütəxəssislər hazırlanırdı.
Bu mütəxəssislər az vaxtda muxtar respublikanın
əsas ziyalı qüvvəsini təşkil etdi.
1990-cı ildə mövcud Pedaqoji İnstitut Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı ilə
Naxçıvan Dövlət Universitetinə çevrildi.
Universitetdə pedaqoji istiqamətli mütəxəssislərdən
başqa hüquqşünaslar, avtomobil və rabitə
mühəndisləri, iqtisadçılar və mühasiblər,
bələdiyyə və kömrük işçiləri
də hazırlanmağa başlandı. Müasir mərhələdə
Naxçıvan Dövlət Universiteti mühüm
elmi mərkəzlərdən biridir. 1992-ci ildən
universitetdə aspirantura şö’bəsi və “Regionun
inkişafı problemləri“ adlı problem laboratoriya
fəaliyyət göstərir. Universitetin filologiya
və yarımkeciricilər fizikası ixtisasları
üzrə müdafiə şuralarında namizədlik
və doktorluq dissertasiyaları müdafiə olunur.
“Elmi əsərlər" jurnalı və “Fikir” informasiya
bülleteni universitet əməkdaşlarının
elmi məqalələrini nəşr edib yayır.
Universitetin yeni yaradılmış “Qeyrət” nəşriyyatında
Naxçıvan regionunun tarixinə, arxeoloqiyası
və etnoqrafiyasına, zəngin təbiəti və
təbii sərvətlərinə, me’marlıq abidələrinə,
habelə fundamental elmlər üzrə aparılan
elmi axtarışların nəticələrinə
dair kitablar nəşr edilir. Univesitetdə keçirilən
elmi konfrans və simpoziumlarda ən aktual məsələlər
müzakirə olunur. Müstəqil Azərbaycanın
gənc nəslinin dünyagörüşünün
inkişafına xidmət edən “Heydar Əliyev Universiteti”
Naxçıvan Dövlət Universitetində əsl
dövlətçilik məktəbi kimi uğurla fəaliyyət
göstərir.
Naxçıvan Dövlət Universitetinin Strasburq (Fransa),
İstanbul, Ankara, Ərzurum, Van universitetləri (Türkiyə),
Təbriz Universiteti (İran), Qırğızıstan
Beynəlxalq Universiteti (Bişkek) ilə əlaqələri
Naxçıvanda elm, təhsil və mədəniyyətin
inkaşafına müsbət tə’sir göstərir.
Naxçıvan Dövlət Universitetində yaradılmış
Konservatoriya Azərbaycanın müstəqillik dövrünün
yenitipli mədəniyyətini inkişaf etdirə
biləcək mütəxəssislər hazırlayır.
“İnformatika mərkəzi” tələbələrə
ən müasir kompüter texnikasını öyrətməyə
imkan yaradır. Geniş imkanlara malik olan “İdman
bazası”nda güclü idmançılar yetişdirilir.
Hazırda
Naxçıvan Dövlət Universitetində aşağıdakı
fakültələr və ixtisaslar fəaliyyət
göstərir: |
1. TARİX-FİLOLOQİYA
FAKÜLTƏSİ
Azərbaycan dili və ədəbiyyat
Tarix
İngilis dili
Fransız dili
2. İQTİSAD-HÜQUQ FAKÜLTƏSİ
İqtisadiyyatın tənzimlənməsi
Mühasibat uçotu və audit
Hüquqşünaslıq
Dövlət və bələdiyyə idarəetməsi
Kömrük işinin təşkili
3. TƏBİƏTŞÜNASLIQ
VƏ TİBB FAKÜLTƏSİ
Bioloqiya
Coğrafiya
Kimya
Pediatriya
4. FİZİKA VƏ RİYAZİYYAT
FAKÜLTƏSİ
Riyaziyyat və informatika
Fizika
Riyaziyyat |
5. HƏRBİ-TEXNİKİ
FAKÜLTƏ
İlkin hərbi-fiziki hazırlıq
Yol hərəkətinin təşkili
İnformasiya sistemləri
Əmək
6. PEDAQOJİ FAKÜLTƏ
İbtidai təhsilin pedaqoqikası və metodikası
Pedaqogika və psixologiya
Bədən tərbiyəsi və idman
7. İNCƏSƏNƏT FAKÜLTƏSİ
Musiqi təhsili
Fortepiano
Simli alətlər
Xalq çalğı alətləri
Dirijorluq
Təsviri incəsənət və rəsmxət
8. XARİCİ TƏLƏBƏLƏR ÜZRƏ
DEKANLIQ
9. HAZIRILIQ ŞÖ’BƏSİ
10. İXTİSASARTIRMA FAKÜLTƏSİ |
Naxçıvan Dövlət Universitetinə müxtəlif
illərdə dosent Əli Əliyev, professorlar Səfəralı
Babayev, İsrafil Məmmədov, İsak Məmmədov,
İsgəndər Cəfərov, Qasım Hüseynov
rəhbərlik etmişlər. Hazırda universitetin əyani və
qiyabi şö’bələrində 3 min tələbə
təhsil alır. Tələbələr arasında
200 nəfərdən çox Türkiyə vətəndaşı
vardır. Universitetdə tələbələrin
tə’lim-tərbiyəsi ilə 290 nəfər müəllim
məşğul olur. Müəllimlərdən 6
nəfəri elmlər doktoru, professor, 130 nəfəri
elmlər namizədi, dosentdir. Naxçıvan Dövlət
Universitetinin mə’zunları arasında xeyli tanınmış
dövlət adamları, xalq deputatları, görkəmli
alimlər və yazıçılar vardır. Yusif
Məmmədəliyev adına Naxçıvan Dövlət
Universiteti XXI əsrə doğru inam və qətiyyətlə
addımlayır.
|