Tel: (99412) 40-30-09 
myschool@tqdk.gov.az 
 

Mingəçevir Politexnik İnstitutu

İnstitut fəaliyyətə 1991-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (hazırkı Azərbaycan Dövlət Neft Akademiyası) filialı kimi başlamışdır.
1992-ci ildən müstəqil ali məktəb statusu alaraq Mingəçevir Politexnik İnstitutu adı ilə fəaliyyət göstərməyə başlamışdır.

Hazırda institutda aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
ENERGETİKA VƏ MEXANİKA FAKÜLTƏSİ ÜZRƏ:
İstilik elektrik stansiyaları
Maşınqayırma texnologiyası
Avtomobil və traktorlar
Elektroizolyasiya, kabel və kondensator texnikası
Nəqliyyat vasitələrinin tə’miri və servis xidməti
Nəqliyyat vasitələrinin texniki istismarı

İQTİSADİYYAT VƏ İDARƏETMƏ FAKÜLTƏSİ ÜZRƏ:
İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri
İqtisadiyyatın tənzimlənməsi
İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi

Tələbələr göstərilən ixtisaslar üzrə bakalavr dərəcəli mütəxəssislər kimi hazırlanır. 1999-2000-ci tədris ilindən institutda «Mühəndis iqtisadiyyatı və idarəetmə» istiqaməti üzrə magistr hazırlığı planlaşdırılmışdır. İnstitutda kadr hazırlığı əyani və qiyabi təhsil formasında Azərbaycan və rus bölmələrində aparılır. İnstitutun bütün ixtisaslar üzrə təcrübəli professor-müəllim hey’əti vardır.

Tələbələrin tə’lim-tərbiyəsi, tədris və elmi tədqiqat işləri ilə aşağıdakı kafedralar məşğul olur:
1. Dillər
2. Fizika, elektronika və izolyasiya texnikası
3. İstilik texnikası və energetikası
4. Maşınqayırma və ümumtexniki fənlər
5. Nəqliyyat və istehsalat texnikası
6. İctimai elmlər
7. Ali riyaziyyat və avtomatlaşdırılmış idarəetmə sistemləri
8. İstehsalın iqtisadiyyatı və idarə edilməsi
9. Nəqliyyatın iqtisadiyyatı və idarə edilməsi
10. İstehsalın təşkili və iqtisadi nəzəriyyə

Kafedralar tədrisin yüksək səviyyədə aparılmasına xüsusi diqqət yetirirlər. Kafedralar nəzdində müvafiq maddi-texniki bazası olan ixtisaslaşdırılmış kabinetlər, laboratoriyalar, kompüter mərkəzi, linqafon kabinəsi və s. fəaliyyət göstərir. Kompüter mərkəzi 1997-1998-ci tədris ilindən müasir tələblərə uyğun olaraq yenidən qurulmuşdur. Mərkəz 3 hesablama texnikası laboratoriyasından və mühazirə otağından ibarətdir. Kompüter mərkəzi ayrıca binada yüksək zövqlə tərtib olunmuş otaqlarda yerləşdirilmişdir. İnstitutun zəngin kitabxanası və oxu zalı bütün ixtisaslar üzrə tələbələrin kitablara olan ehtiyaclarını tə’min edir. İnstitutun nəzdində sahəsi 1200 kv.m-dən zox olan geniş idman-sağlamlıq kompleksi və tibb məntəqəsi vardır.
İnstitutda Türkiyə Respublikasının vətəndaşları da təhsil alır. Mə’zunların Mingəzevir şəhərində və regionda olan müəssisələrdə işlə tə’min edilməsi üzün məqsədyönlü iş aparılır.

Ünvan:
374311 Mingəzevir şəhəri, D.Əliyeva küz, 21.
Telefonlar: 5-78-98, 4-54-48, 5-60-63
 
 
  Copyright © 2003
Tələbə Qəbulu üzrə Dovlət Komissiyası