Tel: (99412) 40-30-09 
myschool@tqdk.gov.az 
 

H.ZƏRDABİ ADINA GƏNCƏ DÖVLƏT PEDAQOJİ İNSTİTUTU

1999-cu il Gəncə Dövlət Pedaqoji İnstitutunun yubileyidir, onun 60 yaşı tamam olur: 1939-cu ildə natamam ali təhsil verən ikiillik müəllimlər institutu kimi fəaliyyətə başlamışdır.
İnstitut Azərbaycanın qərb zonası üçün müəllim kadrları yetişdirmək üçün yaradılmışdır. 1943-cü ildən institut tam ali təhsil verən tədris müəssisəsinə çevrilmiş və ona Azərbaycanın görkəmli maarifpərvəri və ictimai xadimi Həsənbəy Zərdabinin adı verilmişdir.
O vaxtdan indiyə kimi institut respublika üçün alitəhsilli pedaqoji kadrlar hazırlayan əsas təhsil mərkəzlərindən birinə çevrilmişdir. İnstitutun on minlərlə mə’zunu ölkəmizin müxtəlif güşələrində müəllimlik işində , elmi və elmi-pedaqoji sahələrdə fəaliyyət göstərir.

Hazırda institutun 7 fakültəsində 21 ixtisas üzrə müəllim kadrları hazırlanır.

1. Riyaziyyat (bakalavr, təhsil müddəti 4 il )
2. Riyaziyyat-informatika (bakalavr, təhsil müddəti 4 il)
3. Riyaziyyat-fizika (bakalavr, təhsil müddəti 4 il )
4. Fizika(bakalavr, təhsil müddəti 4 il )
5. Peşə təlimi (tam ali təhsil – 5 il)
6. Coğrafiya (bakalavr, təhsil müddəti 4 il)
7. İqtisadi biliklər (bakalavr, təhsil müddəti 4 il)
8. Tarix (bakalavr, təhsil müddəti 4 il )
9. Azərbaycan dili və ədəbiyyatı (bakalavr, təhsil müddəti 4 il)
10. İngilis dili (bakalavr, təhsil müddəti 4 il)
11. Fransız dili (bakalavr, təhsil müddəti 4 il)
12. Rus dili (bakalavr, təhsil müddəti 4 il)
13. Biologiya (bakalavr, təhsil müddəti 4il)
14. Kimya (bakalavr, təhsil müddəti 4 il )
15. Kimya-biologiya (bakalavr, təhsil müddəti 4 il )
16. İbtidai təhsilin pedaqogikası və metodikası (tam ali təhsil –5 il)
17. Pedaqogika və psixologiya ( tam ali təhsil – 5 il)
18. Məktəbəqədər tə’limin pedaqogika və psixologiyası (tam ali təhsil – 5 il)
19. Musiqi təhsili (tam ali təhsil – 5 il)
20. Rəsmxət və təsviri incəsənət (tam ali təhsil – 5 il)
21. İlkin hərbi-fiziki tə’lim (tam ali təhsil – 5 il)

Bakalavr pilləsinə aid olan ixtisasların əksəriyyətinin magistraturası da vardır. Hal-hazırda burada 20 elmlər doktoru, professor, 156 elmlər namizədi, dosent, 150–dən artıq baş müəllim və müəllim çalışır. İnstitutda 26 tədris kafedrası fəaliyyət göstərir.

Bunlarda çalışan müəllimlər Azərbaycanın və keçmiş İttifaqın aparıcı ali məktəblərini bitirmiş, elmi dərəcə və adlara layiq görülmüş yüksəkixtisaslı kadrlardan ibarətdir. İnstitutda zəngin kitabxana, müasir avadanlıqla təchiz olunmuş laboratoriyalar, kompüter sinifləri vardır. Müasir idman qurğuları tələbələrin idmanla məşğul olmaları üçün tam şərait yaradır. Gəncənin mərkəzi hissəsində institutun 3 tədris binası, tələbə şəhərciyində yerləşdirilmiş yataqxanaları vardır. İnstitutda bir çox xarici ölkələrin vətəndaşları da təhsil alır. Xarici ölkələrin (əsasən, MDB dövlətlərinin) ali təhsil müəssisələri ilə elmi-pedaqoji əlaqələr saxlanılır və onlarla tələbə-müəllim mübadiləsi aparılır. İnstitutun mə’zunları rayon təhsil şö’bələrinin tələbnamələrinə əsasən respublikanın müxtəlif rayonlarına tə’yinat alır və işlə tə’min olunur.

 

Ünvan:
Gəncə şəh., Ş.İ.Xətayi küç., 187,
telefon: 6-23-12
 
 
  Copyright © 2003
Tələbə Qəbulu üzrə Dovlət Komissiyası