Tel: (99412) 40-30-09 
myschool@tqdk.gov.az 
 

AZƏRBAYCAN DÖVLƏT KƏND TƏSƏRRÜFATI AKADEMİYASI

S.Ağamalıoğlu adına Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasının bir ali məktəb kimi əsası 1929-cu ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 may tarixli qərarı ilə qoyulmuşdur, Respublika Prezidentinin 17 iyun 1991-ci il tarixli fərmanı ilə sabiq Kənd Təsərrüfatı İnstitutu akademiya statusu almışdır.

Akademiyada 22 ixtisas üzrə mütəxəssislər hazırlanır:
1. Mühasibat uçotu və audit
2. Aqrar istehsalatının iqtisadiyyatı və idarə edilməsi
3. Menecment (sahələr üzrə)
4. Maşınqayırma texnologiyası (sahələr üzrə)
5. Meşə və meşə-park təsərrüfatı
6. Bitkiçilik məhsullarının saxlanılması və e`malı texnologiyası
7. İstehlak mallarının keyfiyyət ekspertizası
8. Qeyri-ərzaq mallarının əmtəəşünaslığı
9. Elektrik təchizatı
10. Aqrar istehsalatının elektrikləşdirilməsi və avtomatlaşdırılması
11. Aqrokimya və aqrotorpaqşünaslıq
12. Aqronomluq
13. Meyvə-tərəvəzçilik və üzümçülük
14. Bitkilərin mühafizəsi
15. İpəkçilik
16. Aqrar təsərrüfatı bitkilərinin seleksiyası və genetikası
17. Zootexniklik
18. Baytarlıq
19. Aqrar istehsalatının mexanikləşdirilməsi
20. Yer quruluşu və torpaq müfəttişliyi
21. Aqroekologiya
22. Meliorasiya, rekultivasiya və torpaq mühafizəsi

QAZAX FİLİALI ÜZRƏ:
1. Mühasibat uçotu və audit
2. Aqrar istehsalatının iqtisadiyyatı və idarə edilməsi
3. Aqrar istehsalatının mexanikləşdirilməsi
4. İstehlak mallarının keyfiyyət ekspertizası
5. Baytarlıq

Akademiyanın professor-müəllim hey`əti 558 nəfərdən ibarətdir. Bunlardan 2 nəfəri EA-nın müxbir üzvü, 31 nəfəri professor, 217 nəfəri dosent, 310 nəfəri baş müəllim, müəllim və assistentdir. Akademiyada 45 kafedra fəaliyyət göstərir.

70 illik tarixi olan ali məktəbin mətbəəsi, zəngin maddi texniki bazası, laboratoriyaları, 580 min nüsxədən ibarət kitab fondu olan əsaslı kitabxanası, tə`mir e`malatxanası, Qazax rayonunda filalı vardır. Son iki il ərzində akademiyaya 100 milyon manat dəyəri olan və müasir tələblərə cavab verən kompüter texnikası alınmışdır. Akademiyada hərbi kafedra fəaliyyət göstərir. Kafedra zəruri texnika və avadanlıqla təchiz olunmuşdur. Burada hərbi hazırlıq məşğələlərini bacarıqlı zabit müəllim hey`əti aparır. Akademiyanın Amerika, Böyük Britaniya, Fransa, Almaniya, Misir, Türkiyə, İran, İsrail, Hollandiya, İtaliya, Albaniya, İspaniya, Yunanıstan, Çexiya və MDB-nin ali kənd təsərrüfatı məktəbləri ilə tədris və elmi əlaqələri vardır. ADKTA respublikamızın aqrar bölümünü yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssisləri ilə tə`min edən yeganə dövlət ali təhsil müəssisəsidir.

Yeni təsərrüfatçılıq formaları şəraitində ölkəmizin aqrar təsərrüfatının akademiyada hazırlanan mütəxəssislərə daha çox ehtiyacı vardır. Akademiyanın mə`zunları bu gün kəndli (fermer) təsərrüfatlarında, elmi-tədqiqat institutlarında, ali və orta ixtisas təhsili müəssisələrində, dövlət idarəetmə strukturlarında, müxtəlif özəl qurumlarda Azərbaycanın iqtisadiyyatının inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi naminə müvəffəqiyyətlə çalışırlar. İndiyədək akademiyada 47000-dən çox yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssisi hazırlanmışdır.

 

Ünvan: Gəncə şəhəri, Atatürk pros. 262
Əlaqə telefonları
6-57-33; 6-03-53; 6-03-40;
6-89-57; 6-00-56
 
 
  Copyright © 2003
Tələbə Qəbulu üzrə Dovlət Komissiyası