Ü.HACIBƏYOV ADINA
BAKI MUSİQİ AKADEMİYASI
Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyası
(1995-ci ilə qədər Ü.Hacıbəyov adına
Azərbaycan Dövlət Konservatoriyası) 1921- ci
ildə yaradılmışdır. Respublikamızın
qocaman ali təhsil ocaqlarından olan konservatoriyanın
təşkilində dahi bəstəkar Ü. Hacıbəyovun
böyük xidmətləri olmuşdur. 20-ci illərdə
konservatoriyanın 6 şö’bösi var idi: fortepiano,
vokal, orkestr, nəzəriyyə, bəstəkarlıq
və şərq şö’bösi. 1930-1970-ci illərdə
Konservatoriyada əsas baza kafedraları tam şəkildə
formalaşmışdı: ixtisas fortepiano, azərbaycan
xalq musiqisinin tarixi və nəzəriyyəsi, simli
alətlər, nəfəs və zərb alətləri,
vokal, bəstəkarlıq, musiqi tarixi, musiqi nəzəriyyəsi,
xor dirijorluğu, xalq çalğı alətləri,
kamera ansamblı. Azərbaycan musiqi mədəniyyətinin
inkişafında BMA-nın müstəsna rolu vardır.
Müxtəlif illərdə akademiyada tanınmış
musiqiçilər, bəstəkarlar, pedaqoqlar - Ü.
Hacıbəyov, Bülbül, Ş.Məmmədova,
B.Karaqiçeva, Q.Şaroyev, L.Rudolf, L.Rastrapoviç,
Q.Qarayev, S.Hacıbəyov, C.Cahangirov, S.Rüstəmov,
P.Brener, R.Atakişiyev, E.Səfərova və b. işləmişdir.
Hal-hazırda akademiyanın müəllimləri arasında
C.Hacıyev, A.Məlikov, T.Quliyev, X.Qasımova, S.Ələsgərov,
X.Mirzəzadə, F.Bədəlbəyli, V.Adıgözəlov,
A.Rzayev, A.Babayev, R.Quliyev və başqa görkəmli
musiqiçilər fəaliyyət göstərir. Hal-hazırda BMA-da 19 kafedranı birləşdirən
4 fakultə mövcuddur: fortepiano, ifaçılıq,
tarix və nəzəriyyə, İAF. Təhsil Azərbaycan
və rus dillərindədir.
İxtisaslar |
fortepiano
orqan, klavesin
skripka
violo
violonçel
kontrabas
fleyta
qoboy
klarnet
faqot
valtorna
|
truba
trombon
tuba
arfa
zərb alətləri
tar, kamança
klassik vokal
xanəndəlik
musiqişünaslıq
bəstəkarlıq
dirijorluq
|
BMA-nın nəzdində opera studiyası, onbirillik
məktəb-studiya, kitabxana, səsyazma kabineti, tələbə
elmi cəmiyyəti, iki elmi laboratoriya (“Qədim musiqi
alətlərinin bərpası və təkmilləşməsi”
və “Şifahi ən’ənəli Azərbaycan musiqisinin
tədqiqi problemləri"), aspirantura şö’bəsi,
ixtisasartırma fakültəsi vardır. 1991-ci ildən
BMA-nın Şuşa filialı fəaliyyət göstərir.
Akademiyada hal-hazırda 315 müəllim, o cümlədən
7 elmlər doktoru, 49 professor, 52 dosent, 58 elmlər namizədi
işləyir. BMA-da Mülki Müdafiə kursu fəaliyyət
göstərir. BMA zəmanəmizin bir çox ali musiqi
təhsili ocaqları ilə səmərəli əlaqələr
yaratmışdır. BMA-nın mə’zunları tə’yinatla
Mədəniyyət və Təhsil Nazirliyi sisteminə
göndərilir. |