Tel: (99412) 40-30-09 
myschool@tqdk.gov.az 
 

AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİ

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 1945-ci ildə Bakı teatr texnikumunun bazası əsasında yaradılıb Teatr İnstitutu adı ilə fəaliyyət göstərmişdir. İlk tələbə qəbulu teatrşünaslıq, aktyor sənəti və rejissorluq ixtisasları üzrə aparılmışdır. 1954-cü ildə instituta xalq artisti M.Əliyevin adı verilmişdir. 1959-cu ildən burada 'Mədəni maarif», 1963-cü ildə isə 'Dekorativ tətbiqi sənət' ixtisasları üzrə mütəxəssis hazırlığına başlanmışdır. 1968-ci ildə ali məktəb Azərbaycan Dövlət İncəsənət İnstitutuna çevrilmişdir. 1981-1991-ci illərdə burada rəngkarlıq, qrafika, heykəltəraşlıq, sənətşünaslıq ixtisasları, habelə teatr, kino, kulturologiya və bədii sənaye incəsənəti üzrə bir sıra yeni ixtisaslaşmalar açılmışdır.

1991-ci ildə tədris müəssisəsi Azərbaycan Dövlət İncəsənət Universitetinə, 1993-cü ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çevrilmişdir. 1991-ci ildə universitetin Quba rayonunda filialı yaradılmışdır. Filial Azərbaycanın şimal bölgəsində yüksək ixtisaslı mədəniyyət işçilərinə olan ehtiyacı ödəyir. Filialın müasir tələblərə cavab verən maddi-texniki bazası vardır. 1994-cü ildən universitetin nəzdində aspirantura, 1995-ci ildən isə stajorluq-assistentura fakultəsi fəaliyyət göstərir. Bir neçə ildir ki, universitetdə ixtisasartırma dekanlığı və baza kafedraları təşkil edilmişdir. 1997-ci ildə xarici abituriyentlər üçün hazırlıq şö’bəsi yaradılmışdır.

  Kafedralar        İxtisaslar
  • • Aktyor sənəti və dram rejissorluğu;
  • Musiqili teatr aktyoru;
  • Vokal, musiqi tarixi və nəzəriyyəsi;
  • Televiziya rejissorluğu;
  • Kino rejissorluğu və operator sənəti;
  • Səhnə danışığı;
  • Teatr kollektivinin rejissorluğu;
  • Kütləvi tədbirlər rejissoru;
  • Xalq çalğı alətləri və musiqi fənləri;
  • Səhnə hərəkəti və xoreqrafiya;
  • Sosial siyasi fənlər;
  • Mədəniyyət tarixi və nəzəriyyəsi;
  • Tətbiqi kulturologiya;
  • Bədən tərbiyəsi və idman;
  • Teatrşünaslıq;
  • Mədəniyyət və muzey işi;
  • Təsviri incəsənət tarixi və nəzəriyyəsi;
  • Ədəbiyyat və Azərbaycan dili;
  • Xarici dillər;
  • Kinoşünaslıq və ekran dramaturgiyası;
  • Rəngkarlıq;
  • Heykəltəraşlıq;
  • Qrafika;
  • Rəsm;
  • Dekorativ-tətbiqi sənət;
  • Dizayn
  • Dekorativ tətbiqi incəsənət və xalq sənəti (zərgərlik, sənaye qrafikası, xalçaçılıq, bədii çini və şüşə);
  • Dizayn;
  • Toxuculuq və yüngül sənaye mallarının bədii layihələndirilməsi;
  • Heykəltəraşlıq;
  • Qrafika;
  • Teatr-dekor sənəti;
  • Rəngkarlıq;
  • Aktyor sənəti (musiqili teatr, dram-teatrı və kino aktyorluğu);
  • Rejissorluq (dram rejissorluğu, televiziya rejissorluğu, bədii kino və televiziya filmləri rejissorluğu);
  • Muzey işi, tarix və mədəniyyət abidələrinin mühafizəsi;
  • Ədəbi iş və ekran dramaturgiyası;
  • Təsviri incəsənət tarixi və nəzəriyyəsi; 13. Kinoşünaslıq;
  • Teatrşünaslıq;
  • Mədəni fəaliyyətin təşkilatçısı;
  • Mədəniyyət meneceri;
  • Bədii yaradıcılıq (teatr kollektivinin rejissoru, kütləvi bayramlar və tamaşalar rejissoru);
  • Solo oxuma;
  • İnstrumental ifaçılıq;
  • Bədii toxuculuq;
  • Kulturologiya;
  • Reklam işi üzrə rəssam;
  • Miniatür və kalliqrafiya üzrə rəssam;
  • Kinooperator sənəti;
  • Tətbiqi incəsənət (aşıq sənəti, teatr və konsert işləri üzrə prodüsser, məktəb və məktəbəqədər tədris-tərbiyə müəssisələrində bədii rəhbər);
  • Xalq çalğı alətləri orkestrinin rəhbəri; 27. İnteryer üzrə rəssam;
  • Xoreqrafiya sənəti.

Bütün bu ixtisaslar üzrə mütəxəssis hazırlığı ilə 7 fakültə və 26 kafedra məşğul olur. Universitetdə respublikanın görkəmli sənətkarları və alimləri, o cümlədən xalq rəssamları, respublika və beynəlxalq mükafatlar laureatları Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, Tokay Məmmədov, Yusif Hüseynov, Böyükağa Mirzəzadə, Kamil Nəcəfzadə, Arif Əzimov, xalq artistlərindən Həsən Turabov, Şəfiqə Məmmədova, Əlabbas Qədirov, Yaşar Nuriyev, Amalya Pənahova, İlham Namiq Kamal, Eldar Quliyev, sənət nəzəriyyəsi üzrə alimlərdən Həsən Quliyev, İlham Rəhimli, Nurəddin Həbibov, İnqilab Kərimov və başqaları dərs deyirlər.

Universitetdə yaradıcılıq kinostudiyası; «Səda» tədris teatrı; foto-laboratoriya; səsyazma studiyası; kompüter və həsablama mərkəzi; natürmort fondu; professor-müəllim və tələbələrin yaradıcılıq və ifa işləri muzeyi, onun fondu; xalçaçılıq e’malatxanası; keramika e’malatxanası; tikiş və toxuculuq mə’mulatları e’malatxanası; texniki vəsaitlər kabinəsi; tədris teatrı; xüsusi auditoriyalar; idman klubu; kitabxana; nəşriyyat və s. fəaliyyət göstərir. Az.DMİU-nun xarici ölkələrin aparıcı ali məktəbləri ilə əlaqələri ildən-ilə inkişaf edir. Artıq İran İslam Respublikasının İncəsənət Universiteti, Türkiyə Respublikasının Me’mar Sinan və Süleyman Dəmirəl Universitetləri və Qazi Universiteti ilə işbirliyinə dair müqavilələr bağlanmış və müəyyən əməli tədbirlər görülmüşdür. Son illər İtaliya, Marokko, Yaponiya, Fransa və s. dövlətlərin ali məktəbləri ilə əlaqələr yaradılmışdır.

Universitetin mə’zunları tə’yinatla respublikanın mədəniyyət və incəsənət müəssisələrində işləməyə göndərilir. Universitet iki pilləli təhsil modeli üzrə mütəxəssislər hazırlayır (bakalavr və magistr). Universitetdə aspirantura fəaliyyət göstərir.


Ünvan:
Bakı 370065, İnşaatçılar pr.9,
Telefon: 38-43-10.
 
 
  Copyright © 2003
Tələbə Qəbulu üzrə Dovlət Komissiyası