Azərbaycan Kooperasiya İnstitutu
Azərbaycan Kooperasiya İnstitutu müstəqil dövlət
ali təhsil müəssisəsi kimi Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 9 yanvar 1992-ci il tarixli 8 saylı
qərarı ilə Moskva Kooperativ İnstitutu Bakı
filialının bazası əsasında yaradılmışdır.
Azərbaycan Kooperasiya İnstitutu respublikada yeganə
dövlət ali təhsil müəssisəsidir ki,
dövlət büdcəsindən deyil, təsisçisi
olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı-Azərittifaq
tərəfindən maliyyələşdirilir.
Əgər institut əvvələr əsasən
kooperasiya sistemi üçün kadrlar hazırlayırdısa,
hazırda respublikanın xalq təsərrüfatının
bir çox digər sahələri üçün də
genişprofilli, yüksəkixtisaslı mütəxəssislər
yetişdirir.
İnstitutda mütəxəssis hazırlığı
ilə 98 nəfərdən ibarət professor-müəllim
hey’əti məşğul olur. Onlardan 6 nəfəri
professor, 60 nəfəri elmlər namizədi, dosent
və 32 nəfəri baş müəllim və assistentdir.
|
Fakültələr |
İxtisaslar |
Kooperasiyanın iqtisadiyyatı, təşkili
və idarə edilməsi
Beynəlxalq iqtisadi münasibətlər
Maliyyə və statistika
Əmtəəşünaslıq fənləri
Muhasibat uçotu və audit
Ümümtexniki fənlər
Fəlsəfə və politologiya
Humanitar fənlər
Dillər və bədən tərbiyəsi |
Beynəlxalq iqtisadi münasibətlər
Mühasibat uçotu və audit
Maliyyə və kredit
Marketinq
Ticarət və istehlak kooperasiyasının iqtisadiyyatı
və idarə edilməsi
Kömrük işinin təşkili
Qida sənayesi və iaşə sistemində
bədii layihələndirmə və tərtibat
Toxuculuq və yüngül sənaye mallarının
bədii layihələndirilməsi
İstehlak mallarının
keyfiyyət ekspertizası
Ərzaq məhsullarının əmtəəşünaslığı
Kommersiya
Beynəlxalq ticarət |
Müasir texniki və əyani vəsaitlərlə
təchiz edilmiş 20-dən çox tədris laboratoriya
və kabinəsi, 25 min kitab fonduna malik kitabxana və
oxu zalı, tibb məntəqəsi, 2 ixtisaslaşdırılmış
tədris komputer texnologiyası laboratoriyası, yeməkxana
və s. tələbələrə xidmət edir.
İnstitut Türkiyənin Yeddi Eylül, İnönü,
Qaziəntəp, Ege, Elazik universitetləri, ABŞ-ın
Hyuston Universiteti, Rusiya Dövlət Məişət
və Xidmət Sferası Akademiyası, MDB ölkələrinin
kooperasiya ali məktəbləri, habelə İstehlak
Kooperasiyasının Beynəlxalq Şurası ilə
(mərkəzləri İsveçrə və Rusiyadadır)
elmi-pedaqoji sahədə əməkdaşlıq edir.
Mə’zunlara əsasən azad tə’yinat verilir. Onlar
respublikanın dövlət və qeyri-dövlət
müəssisə və təşkilatlarında ixtisaslar
üzrə işlə tə’min edilir. Hazırda institutda
əyani və qiyabi təhsil üzrə Azərbaycan
və rus bölmələrində 1200-dən çox
tələbə təhsil alır və bütün
ixtisasları üzrə magistratura fəaliyyət
göstərir. Təhsil dövlət hesabına və
ödənişlidir. Kooperasiya İnstitutu dövlət
ali məktəbləri içərisində təhsil
xərci ən az olan ali məktəblərdəndir.
İnstitut bazar iqtisadiyyatının tələblərinə
cavab verən, sahibkarların daha çox maraq göstərdiyi
ixtisaslar üzrə kadrlar - iqtisadçı-marketoloqlar,
menecerlər, mühasiblər, idarəetmə kadrları,
ekspert-texnoloqlar, kömrük, maliyyə, bank və
beynəlxalq ticarət üzrə mütəxəssislər
hazırlyır. 1998-ci ildə keyfiyyət və xidmət
sahəsində qazandığı xidmətlərə
görə ali məktəb ABŞ-nın Beynəlxalq
Marketinq İnstitutunun “Qran-pri” mükafatına layiq
görülmüşdür.
|