AZƏRBAYCAN
DÖVLƏT DİLLƏR İNSTİTUTU
1973-cü ildən müstəqil ali təhsil müəssisəsi
kimi fəaliyyət göstərən Azərbaycan
Dövlət Dillər İnstitutu ölkəni xarici
dillər üzrə müəllim və tərcüməçi
kadrlarla tə’min edir. Bundan əvvəlki dövrdə
Dillər İnstitutu ilə hazırkı Rus dili və
Ədəbiyyatı İnstitutu vahid ali məktəb
kimi fəaliyyət göstərmişdir. Ötən
dövr ərzində institutun maddi texniki bazası,
elmi-pedaqoji kadr potensialı, kafedra, fakültə və
ixtisaslarının keyfiyyət və kəmiyyət
göstəriciləri xeyli yüksəlmişdir.
İnstitutda tələbələrin tə’lim tərbiyəsi
ilə 600-ə yaxın müəllim, o cümlədən
37 nəfər professor, 157 nəfər dosent, 211 nəfər
baş müəllim, 157 nəfər müəllim
məşğul olur.
ADDİ-də ixtisasların profilinə uyğun kafedralarla
yanaşı, bütün ixtisaslara xidmət edən
genişprofilli kafedralar da fəaliyyət göstərir:
|
İxtisaslar
|
İxtisas
kafedraları |
Ümuminstitut
kafedralar |
ingilis dili (pedaqoji)
ingilis dili (tərcümə)
ingilis dili (sinxron tərcümə)
german filologiyası (ingilis dili)
alman dili (pedaqoji)
alman dili (tərcümə)
fransız dili (tərcümə)
fransız dili (pedaqoji)
roman filologiyası (fransız dili)
ispan dili (tərcümə)
koreya dili (tərcümə)
regionşünaslıq (avropaşünaslıq)
|
İngilis dili
tərcümə
İngilis dili - fonetika
İngilis dili - üslubiyyat
İngilis dili və ölkəşünaslıq
İngilis dili qrammatikası
İngilis dili leksikologiyası
Fransız dili fonetikası
Fransız dili - tərcümə
Alman dili fonetikası
Alman dili tərcümə
Alman dili leksikologiyası
İngilis dilinin tədrisi metodikası; |
Fəlsəfə
Azərbaycan tarixi
Ümumi dilçilik
Pedaqogika
Psixologiya
Metodika
Ədəbiyyat
İnformatika
Azərbaycan dili
Rus dili
Mülki müdafiə |
İnstitutda müasir cihaz və avadanlıqlarla
təchiz olunmuş laboratoriyalar, o cümlədən
eksperimental fonetika laboratoriyası, informatika və
TTV nəzdində kompüter laboratoriyası, 2 kitabxana,
idman zalı, tibbi xidmət məntəqəsi və
s. tələbələrin istifadəsindədir. ADDİ-nin
Avropanın inkişaf etmiş ölkələrindəki
uyğun ali məktəblərlə, o cümlədən
Fransanın TUR və LİON universitetləri, Almaniyanın
GÖTE və BOXUM universitetləri, İngiltərənin
KEMBRİC Universiteti ilə elm və kadr hazırlığı
sahəsində sıx əlaqələri vardır.
ADDİ-nin mə’zunlarına Respublika Təhsil Nazirliyinin
tələbnaməsi əsasında tə’yinat verilir.
|