Tel: (99412) 40-30-09 
myschool@tqdk.gov.az 
 

Azərbaycan Dövlət İqtisad İnstitutu

Azərbaycan Dövlət İqtisad İnstitutu müstəqil ali məktəb kimi 1930-cu ildə Bakı Dövlət Darülfununun iqtisad fakültəsinin bazası əsasında K.Marks adına Azərbaycan Dövlət Sosial-İqtisad İnstitutu adı ilə tə’sis edilmiş, ayrı-ayrı dövrlərdə müxtəlif adlar daşımışdır. 1990-cı ildən indiyə qədər Azərbaycan Dövlət İqtisad İnstitutu kimi fəaliyyət göstərir.

Azərbaycan Dövlət İqtisad İnstitutu çoxpilləli təhsil sistemi üzrə həm ölkəmiz, həm də xarici dövlətlər üçün yüksəkixtisaslı mütəxəssislər hazırlayan, yeni iqtisadi sistemə keçidin müxtəlif problemləri üzrə geniş miqyasda elmi araşdırmalar həyata keçirən baza ali məktəbidir, həm təhsil, həm də elm mərkəzidir. Fəaliyyət göstərdiyi 70 ilə yaxın müddət ərzində institut iqtisad yönümlü ixtisaslar üzrə 50 mindən çox mütəxəssis hazırlamışdır.

Hazırda Azərbaycan Dövlət İqtisad İnstitutunda aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:

  • İqtisadi nəzəriyyə
  • İqtisadiyyatın tənzimlənməsi
  • Maliyyə və kredit
  • Qiymət və qiymətin əmələ gəlməsi
  • Əməyin iqtisadiyyatı və sosiologiyası
  • Statistika
  • Mühasibat uçotu və audit
  • Beynəlxalq iqtisadi münasibətlər
  • Təhsil, elm və sosial-mədəni sahənin iqtisadiyyatı
  • İqtisadi kibernetika
  • İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi
  • Marketinq
  • Aqrar istehsalın iqtisadiyyatı və idarə edilməsi
  • Ticarət və istehlak kooperasiyasının iqtisadiyyatı və idarə edilməsi
  • Menecment
  • Biznesin təşkili və idarə edilməsi
  • İqtisadiyyatın hüquqi tənzimlənməsi
  • Gömrük işinin təşkili
  • Dövlət və bələdiyə idarəetməsi
  • İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri
  • Reklam işi
  • Tələbələrin tə’lim-tərbiyəsi və elmi-tədqiqat işləri ilə 450 nəfərdən ibarət professor-müəllim hey’əti məşğul olur. Onların arasında 50 elmlər doktoru, professor, 260 elmlər namizədi, dosent, o cümlədən ABŞ-ın Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü; Azərbaycan EA-nın müxbir üzvü; dövlət mükafatı laureatı; əməkdar ali məktəb işçisi; əməkdar elm xadimi, əməkdar iqtisadçı və digər yüksək fəxri adlara layiq görülmüş alimlər vardır.

      Fakültələr        Kafedralar
    • İqtisadiyyatın tənzimlənməsi
    • Maliyyə və kredit
    • Mühasibat və statistika
    • Kommersiya və beynəlxalq iqtisadi münasibətlər
    • İnformatika və idarəetmə
    • Hazırlıq fakültəsi
    • Ödənişli təhsil fakültəsi
    • Kadrların ixtisasının artırılması və
      yenidən hazırlanması fakültəsi
    • İqtisadiyyatın dövlət tənzimlənməsi
    • Sosial-mədəni sferanın iqdisadiyyatı və idarə edilməsi
    • Əməyin iqtisadiyyatı və təşkili
    • Sənayenin iqtisadiyyatı
    • ASK-nın iqtisadiyyatı və idarə edilməsi
    • Qiymət
    • İqtisadi nəzəriyyə
    • İqtisadi kibernetika və AİS
    • İqtisadi informatika AİS
    • Menecment və sahibkarlıq fəaliyyəti
    • Mühasibat uçotu və audit
    • İstehsalın texnologiyası
    • Xarici dillər
    • Azərbaycan dili
    • Rus dili
    • Politologiya və hüquq
    • İdman
    • Fəlsəfə
    • Riyaziyyat
    • Azərbaycan tarixi
    • Siyasi tarix
    • İqtisadi təhlil
    • Statistika
    • Marketinq və ticarət
    • Marketinq və xarici iqtisadi əlaqələr
    • İstehsal vasitələrinin marketinqi
    • Maliyyə
    • Bank işi və pul tədavülü
    • İqtisadi coğrafiya və təbii resurslardan istifadə

    Azərbaycan Dövlət İqtisad İnstitutu zəngin maddi-texniki bazaya malikdir. Tə’lim - tərbiyə işi üç tədris binasında aparılır. Burada 5 tədris-metodiki laboratoriya, müxtəlif dillərdə (Azərbaycan, rus, ingilis, fransız, alman,ispan) tədris-metodiki və elmi kitablar fonduna malik əsaslı kitabxana və oxu zalı, sosioloji, elmi-tədqiqat və proqnozlaşdırma laboratoriyası, idman zalı, tibb məntəqəsi, müasir kompüterlərlə təchiz edilmiş 4 kompüter zalı və beynəlxalq rabitə sisteminə (İnternetə) çıxış, texniki vasitələrdən istifadə laboratoriyası, nəşriyyat və mətbəə, muzey, klub tələbələrin ixtiyarına verilmişdir. Eyni zamanda institutun Dağıstan Respublikasının Dərbənd şəhərində filialı, Quba rayonunun Nügədi kəndində istirahət-sağlamlıq düşərgəsi fəaliyyət göstərir.

    İnstitutda respublika əhəmiyyətli «İqtisad elmləri: nəzəriyyə və praktika» adlı jurnal nəşr edilir. «İqtisadçı» adlı çoxtirajlı qəzet özünün dolğun məzmunu ilə institutun professor-müəllim və tələbə kollektivinin böyük rəğbətini qazanmışdır. İnstitutda tədris prosesinin müasir standartlara uyğun aparılması üçün zəruri şərait yaradılmasına, tələbə elmi cəmiyəti xətti ilə tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsinə, elmi konfranslarda və seminarlarda fəal iştirak etməsinə, elmi və dövri mətbuat orqanlarında maraqlı məqalələrlə çıxış etməsinə xüsusi diqqət yetirilir.

    Respublikanın müharibə vəziyyətində olduğunu, habelə institutda müvafiq maddi-texniki bazanın mövcudluğunu nəzərə alaraq hərbi kafedranın yaradılması haqqında Respublika Təhsil Nazirliyinə müraciət edilmişdir.

    Tədris prosesinin təkmilləşdirilməsi, elmi araşdırmaların keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın möhkənləndirilməsi və beynəlxalq standartlara uyğun iqtisadçı mütəxəssislərin hazırlanması məqsədilə institutun xarici əlaqələrinin inkişafına, beynəlxalq proqramlarda iştirakına xüsusi diqqət yetirilir. «Tasis» proqramı çərçivəsində Amsterdam Universitetinin köməyi ilə institutda «Biznesin inzibatçılığı» ixtisası üzrə magistratura yaradılmışdır. «Tempus» proqramında iştirak etmək məqsədilə institutun Almaniyanın Bonn Universiteti, Fransanın Klermon-Ferrand və Tulsuz universitetləri, İspaniyanın Valens Universiteti, Avstriyanın Höteborq Universiteti ilə yaradılmış əlaqələri inkişaf etməkdədir. İnstitutda Türkiyə, İran, Suriya, İndoneziya, Əfqanıstan, Rusiya və digər ölkələrdən tələbələr və aspirantlar təhsil alır. 



    Ünvan:
    Bakı, 370001, İstiqlaliyyət küçəsi, 6
    Telefon: 92-59-40
    Faks: +994 12 92-59-40
     
     
      Copyright © 2003
    Tələbə Qəbulu üzrə Dovlət Komissiyası