Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası Azərbaycan
Respublikası Prezidentinin 3 yanvar 1999-cu il tarixli 60 saylı
fərmanı ilə yaradılmışdır və
Azərbaycan Respublikasının Konstitusiyasına,
Azərbaycan Respublikasının Qanunvericiliyinə
və akademiyanın nizamnaməsinə müvafiq fəaliyyət
göstərən ali peşəkar təhsil-tədris
statuslu elm və təhsil ocağıdır.
Akademiyanın fəaliyyəti dövlət qulluqçularının,
onları əvəz etmək üçün ehtiyat
kadrların hazırlanmasına, yenidən hazırlanmasına
və ixtisasların artırılmasına dair dövlət
sifarişi, habelə təhsil verilməsi haqqında
dövlət hakimiyyəti orqanları ilə bağlanacaq
müqavilələrin, elmi tədqiqatların və
analitik - informasiya işlərinin aparılması
barədə müqavilələrin əsasında
həyata keçirilir.
Akademiya dövlət idarəçiliyi və dövlət
kadr siyasəti sahəsində elmi tədqiqatlar aparır
və eyni zamanda dövlət idarəçiliyi məsələləri
üzrə dövlət hakimiyyəti orqanlarının
analitik - informasiya tə’minatını həyata keçirir.
|
Fakültələr |
İxtisaslar |
- İnzibati İdarəetmə
- Siyasi İdarəetmə
- Kadrların ixtisasartırması və yenidən
ixtisaslaşması.
|
- Dövlətşünaslıq:
a) Dövlət hüququ;
b) Beynəlxalq hüquq;
- İnzibati idarəetmə;
- Dövlət və bələdiyyə idarəetməsi;
- Beynəlxalq əlaqələr;
- Politologiya;
- Menecment.
|
|
|