N.TUSİ ADINA AZƏRBAYCAN
DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
Respublikamızın qocaman ali təhsil ocaqlarından
olan N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji
Universiteti 1921-ci ildə yaradılmışdır.
Onun ilk buraxılışı 1923/24-cü tədris
ilində olmuşdur. ADPU indiyədək 100 mindən
artıq ali təhsilli müəllim kadrları hazırlamışdır.
Hazırda universitetdə aşağıdakı ixtisaslar
üzrə müəllim və tərbiyəçi
kadrları hazırlayan 10 fakültə və 55 kafedra
fəaliyyət göstərir:
1. Azərbaycan dili və ədəbiyyatı;
(əyani, qiyabi, Azərbaycan bölməsi)
2. Tarix (əyani, qiyabi, Azərbaycan
və rus bölmələri)
3. Riyaziyyat (əyani, qiyabi, Azərbaycan
və rus bölmələri)
4. Kimya (əyani, Azərbaycan bölməsi)
5. Biologiya (əyani, qiyabi, Azərbaycan
və rus bölmələri)
6. Fizika (əyani, Azərbaycan bölməsi)
7. Coğrafiya (əyani, qiyabi, Azərbaycan
bölməsi)
8. Peşə tə’limi (əyani, qiyabi,
Azərbaycan bölməsi)
9. Musiqi təhsili (əyani, Azərbaycan
bölməsi)
10. Təsviri incəsənət və
rəsmxət (əyani, Azərbaycan bölməsi)
11. Defektologiya (əyani, Azərbaycan
bölməsi)
12. İlkin hərbi və fiziki tə’lim
(əyani, Azərbaycan bölməsi)
13. İbtidai təhsilin pedaqogikası
və metodikası (əyani, qiyabi, Azərbaycan və
rus bölmələri)
14. Məktəbəqədər təhsilin
pedaqogikası və metodikası (əyani, qiyabi, Azərbaycan
bölməsi)
Universitetdə 730 nəfər
müəllim, 330 nəfər köməkçi hey’ət
çalışır. Bunlardan 59 nəfəri elmlər
doktoru, professor, 329 nəfəri elmlər namizədi,
dosentdir. Universitetdə müxtəlif Elmlər Akademiyalarının
4 nəfər üzvü fəaliyyət göstərir.
Hazırda universitetin əyani və qiyabi şö’bələrində
7 minədək tələbə təhsil alır.
ADPU ölkəmizdə elmin, mədəniyyətin,
incəsənətin və ədəbiyyatın tərəqqisində
samballı xidmətləri olan S.Vurğun, S.Rüstəm,
M.Müşfiq, Y.Məmmədəliyev, Z.Xəlilov,
Ş.Qurbanov kimi mə’zunları ilə fəxr edir.
Universitetin “İlkin hərbi və fiziki tə’lim”
fakültəsi hərbi rəhbərlər və
zabitlər hazırlayır.
ADPU-da 700 min nüsxədən ibarət kitab fondu
olan kitabxana, qiraət zalları, hesablama-kompüter
mərkəzi, onomastik laboratoriya, zoologiya muzeyi, tibbi
xidmət mərkəzi və s. fəaliyyət göstərir.
Universitetin Şamaxı və Şuşa filiallarında
da təhsil sistemimiz üçün kadr hazırlığı
aparılır. Mə’zunlara Təhsil Nazirliyinin təqdim
etdiyi təhsil işçilərinə tələbat
bölgüsü əsasında tə’yinat verilir.
|