N.Nərimanov adına Azərbaycan Dövlət
Tibb Universiteti
Tibb Universiteti tarixi baxımdan 1919-cu ildə tə’sis
edilmiş Bakı Dövlət Universitetinin tibb fakültəsinin
qanuni varisidir. Ali tibb təhsili sistemində əsaslı
islahatlar aparıldıqdan sonra 1930-cu il mayın 9-da
Azərbaycan SSR Xalq Komissarları Şurasının
287/99 saylı qərarı ilə BDU tibb fakültəsinin
bazası əsasında müalicə-profilaktika və
sanitariya - gigiyena fakültələrindən ibarət
müstəqil ali təhsil müəssisəsi - Azərbaycan
Dövlət Tibb İnstitutu təşkil edildi.1957-ci
il aprelin 29-da Azərbaycan SSR Ali Sovetinin Fərmanı
ilə bu ali təhsil müəssisəsinə görkəmli
dövlət xadimi, həkim və yazıçı
N.Nərimanovun adı verildi. 1991-ci il fevralın 4-də
Respublika hökumətinin 94 saylı qərarına
əsasən N.Nərimanov adına Tibb İnstitutu
Tibb Universitetinə çevrildi.
|
Kafedralar |
|
İxtisaslar |
- Tibbi-biologiya və genetika
- Fəlsəfə
- Mamalıq-ginekologiya
- Oftalmologiya
- Dermatovenerologiya
- Nevrologiya və Tibbi genetika
- Daxili xəstəliklər
- Cərrahi xəstəliklər
- İnsan anatomiyası
- Onkologiya
- Klinik farmakologiya
- Məhkəmə təbabəti
- Daxili xəstəliklər propedevtikası
- Neyrocərrahlıq kursu
- Normal fiziologiya
- Tibbi və bioloji fizika (informatika və
hesablama texnikası kursu ilə birlikdə)
- Ftiziopulmonologiya
- Urologiya
- Travmatologiya və ortopediya, HSC
- Ümumi cərrahlıq və anesteziologiya
- Şüa diaqnostikası və terapiyası
- Psixiatriya
- Yoluxucu xəstəliklər
- Poliklinika terapiyası
- Hərbi hazırlıq
- Fizioterapiya kursu
- Patoloji fiziologiya
- Uşaq xəstəlikləri
- Uşaq cərrahlığı
- Uşaq xəstəlikləri propedevtikası
- Patoloji anatomiya
- Histologiya, embriologiya və sitologiya
- Farmakologiya
- Əczaçılıq kimyası
- Əczaçılıq texnologiyası
|
- Neonatologiya
- Uşaq və yeniyetmələr gigiyenası
- Kommunal və qidalanma gigiyenası
- Sosial gigiyena və səhiyyənin təşkili
- Mikrobiologiya, virusologiya, immunologiya
- Epidemiologiya
- Ümumi gigiyena və ekologiya
- Rus dili
- Bioloji kimya
- Azərbaycan dili
- Operativ cərrahlıq və topoqrafik anatomiya
- Xarici dillər
- Bədən tərbiyəsi
- Ortopedik stomatologiya
- Terapevtik stomatologiya
- Cərrahi stomatologiya
- Uşaq stomatologiyası
- Otorinolorinqologiya
- Ümumi tarix
- İqtisadiyyat
- Biofiziki və bioüzvi kimya
- Ümumi və toksikoloji kimya
- Latın dili
- Əczaçılığın təşkili
və iqtisadiyyatı
- Farmakoqnoziya və botanika
|
- Müalicə işi
- Pediatriya
- Tibbi-profilaktika
- Stomatologiya
- Əczaçılıq
- Terapevt
- Cərrah
- Pediatr
- Uşaq cərrahı
- Epidemioloq
- Bakterioloq
- Əmək gigiyenası
- Stomatoloq
|
Universitetdə
hazırda 152 elmlər doktoru, 148 professor, 675 elmlər
namizədi, 337 dosent çalışır.
Universitetin 1 inzibati korpusu, 5 tədris binası, kitabxanası,
idman kompleksi, Elmi-Tədqiqat Mərkəzi vardır.
Tələbələr Bakı şəhərində
yerləşən 1¹-li xəstəxana, M.Nağıyev
adına Tə’cili Tibbi Yardım xəstəxanası,
Elmi Tədqiqat Mərkəzi, Qarayev adına 2 ¹-li
Birləşmiş Uşaq xəstəxanası, 4
¹-li xəstəxana, Pediatriya Elmi-Tədqiqat İnstitutu,
5 ¹- li xəstəxana, 6 ¹-li Uşaq xəstəxanası,
Qədirli adına 6 ¹-li xəstəxana, Mir-Qasımov
adına Respublika xəstəxanası, Klinik və
Eksperimental Cərrahiyyə ETİ, Uşaq Nevroloji
xəstəxanası, Qinekologiya və Analıq ETİ,
5 ¹-li Doğum Evi, 2 ¹-li Ruhi Nevroloji xəstəxana,
Respublika Dəri-Zöhrəvi xəstəxanası
və digər klinika və elmi-tədqiqat institutlarından
baza kimi istifadə edirlər. Universitetdə hərbi
kafedra mövcuddur və tələbələr təhsili
başa vurduqda tibb xidməti leytenantı rütbəsi
alırlar .
Universitetdə Türkiyə, İran, Suriya, Sudan,
Fələstin, Kanada, İordaniya, Çeçenistan,
Əfqanıstan, Hindistan və başqa ölkələrdən
olan gənclər də təhsil alırlar . N.Nərimanov
adına ATU 1996-cı ildə dünya təhsil birliyinin
beynəlxalq reyestrinə, 1999-cu ildə isə Qara
dəniz hövzəsi ölkələrinin ali məktəblər
birliyinə daxil edilib. Universiteti bitirən mə’zunlar
işlə tə’min olunmaq üçün Səhiyyə
Nazirliyinə göndərilirlər. |