AZƏRBAYCAN DÖVLƏT TEXNİKİ UNİVERSİTETİ
Əsası 1920-ci ildə qoyulmuş Azərbaycan
Dövlət Texniki Universiteti yalnız ölkəmizdə
deyil, beynəlxalq sferada da nüfuz qazanmış
ali məktəblərdən biridir. Universitetin 9 fakultəsinin
54 kafedrasında minə yaxın müəllim, o cümlədən
müxtəlif Elmlər Akademiyalarının 13 həqiqi
və müxbir üzvü, 100-ə qədər elmlər
doktoru, professor, 600 elmlər namizədi, dosent çalışır.
Hazırda universitetdə 6500-dən çox tələbə
təhsil alır. Tələbələr tədrislə
yanaşı, həm də kafedraların, elmi–tədqiqat
laboratoriyalarının araşdırmalarında iştirak
edirlər.
Tədrisin təkmilləşdirilməsi, onun elm və
istehsalatla əlaqələrinin möhkəmləndirilməsi
prosesi daim diqqət mərkəzində saxlanılır. Universitetdə müəllim, aspirant və
tələbələrin səmərəli çalışmaları
ücün şərait durmadan yaxşılaşdırılır.
Azərbaycan, rus və xarici dillərdə 700 mindən
çox kitabla təmin olunmuş əsaslı kitabxana,
kifayət qədər müasir kompüterlərlə
təchiz olunmuş hesablama mərkəzi, müasir
idman kompleksi, poliklinika, yeməkxana və Nabran istirahət
zonası onların tələblərinin ödənilməsinə
xidmət edir. 1998-ci ilin oktyabrından universitetdə
Avropa Şurasının TACIS proqramı çevçivəsində
yaradılmış Azərbaycan Telekommunikasiya Tədris
Mərkəzi (AzTTM) fəaliyyətə başlamışdır.
İndiyədək universitetdə 40-dan artıq xarici
ölkənin vətəndaşı təhsil almış
və hal-hazırda 150–dək xarici tələbə
oxuyur. Qəbul edilən xarici vətəndaşların
tədris və dil hazırlığını təmin
etmək məqsədi ilə hazırlıq şöbəsi
fəaliyyətdədir.
Universitetin ABŞ, Rusiya, Kanada, Çin Xalq Respublikası,
Almaniya, İngiltərə, Fransa, Türkiyə, İran
İslam Respublikası, Malayziya, Avstriya, Polşa, Gürcüstan,
Türkmənistan və s. ölkələrin universitetləri
və elmi müəssisələri ilə daimi əlaqələri
vardır. Universitetdə bakalavr (mühəndis) hazırlığı
üçün 4 il (xarici vətəndaşlar əlavə
9 ay hazırlıq şöbəsində oxumalıdırlar),
magistr hazırlığı üçün 2 il,
elmlər namizədi və elmlər doktoru hazırlığı
üçün 3–4 il vaxt norması nəzərdə
tutulmuşdur. AzTU–da magistr hazırlığı
19 elmi istiqamətdə birləşmiş 82 ixtisas
üzrə aparılır.
Bu istiqamətlər aşağıdakılardır:
mühəndis iqtisadiyyatı; avtomatlaşdırma
və idarəetmə; telekommunikasiya; metallurgiya; elektronika
və mikroelektronika; ətraf mühitin mühafizəsi;
istilik energetikası; elektron cihazların konstruksiya
edilməsi və texnologiyası; elektrotexnika, elektromexanika
və elektrotexnologiya; yerüstü nəqliyyat vasitələri;
cihazqayırma; materialşünaslıq və yeni
materialların texnologiyası; texnoloji maşın
və avadanlıqlar; nəqliyyat vasitələrinin
istismarı; metrologiya, standartlaşdırma və
sertifikatlaşdırma; radiotexnika; hidropnevmosistemlər;
informatika və hesablama texnikası; maşınqayırma
istehsalının avtomatlaşdırılması texnologiyası
və avadanlığı.
Universitetdə yüksək ixtisaslı elmi işçilərin
hazırlanmasına xidmət edən aspirantura və
doktorantura fəaliyyət göstərir.
Universitetin tərkibində 2,5 milyondan çox kitab
fondu olan emi kitabxana, Yaponiyada istehsal olunmuş müasir
tipli rizoqraf və digər çap avadanlıqları
olan nəşriyyat, 6 muzey, informasiya və tərcümə
mərkəzi, idman - sağlamlıq kompleksi, hərbi
kafedra, poliklinika fəaliyyət göstərir.
Hazırda Bakı Dövlət Universitetində 12
ölkədən 400-dən artıq xarici tələbə,
magistrant, aspirant, doktorant, stajor təhsil alır. Eyni
zamanda universitetin 33 tələbə, magistrant və
aspirantı ABŞ, Almaniya, Türkiyə, Fransa, Böyük
Britaniya və Çin Xalq Respublikasının universitetlərində
təhsillərini davam etdirirlər.
Bakı Dövlət Universiteti Avrasiya Universitetlər
Assosiasiyasının üzvüdür. Türkiyə,
Fransa, Almaniya, Amerika, Kanada, İsrail və MDB ölkələri
ilə əməkdaşlıq edir. Universitetin diplomu
dünyanın 50-dən artıq ölkəsində
tanınır.
Universitetin fəxri doktorları arasında Türkiyə,
Özbəkistan, Türkmənistan, Qırğızıstan,
Gürcüstan prezidentləri - Süleyman Dəmirəl,
İslam Kərimov, Saparmurad Niyazov, Askar Akayev, Eduard
Şevardnadze, YUNESKO-nun prezidenti Frederiko Mayor, amerikalı
doktor Lütfi-zadə, fransalı İren Məlikova,
polşalı Tadeuş Svyatoçovski, iranlı doktor
Cavad Hey’ət, almaniyalı Əhməd Şmide kimi
dünyanın görkəmli siyasi və dövlət
xadimləri, məşhur elm və təhsil nümayəndələri
vardır.
Bakı Dövlət Universiteti respublikamızın
ictimai-siyasi və elmi-pedaqoji həyatında həmişə
fəal rol oynayır. Elə bir ümumdövlət
tədbiri yoxdur ki, universitet alimləri, bütövlükdə
universitet kollektivi orada fəal iştirak etməsin.
Son illərin sosial-iqtisadi çətinliklərini,
erməni təcavüzünün məhrumiyyətlərini
dəf etmək üçün universitet kollektivi bütün
ümumrespublika tədbirlərində fəal iştirak
etmiş, qaçqınlara maddi və mə’nəvi
köməkliklər göstərmiş, müntəzəm
olaraq döyüş bölgələrinə getmişlər.
Yurdunu-yuvasını tərk etməyə məcbur
olmuş qaçqınlardan üç min nəfəri
indiyədək universitetin tələbə şəhərciyində
yaşamaqdadır. 300 nəfərdən ibarət
qaçqın uşaqlar üçün universitetdə
orta məktəb təşkil edilmişdir. Universitetin
30 nəfərdən çox tələbəsi Qarabağ
uğrunda döyüşlərdə şəhid
olmuşdur.
Avtomatika və hesablama texnikası fakültəsində
«Hesablama maşınları, kompleksləri, sistemləri
və şəbəkələri», «Kompüter riyaziyyatı»,
«Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması»,
«Robototexniki sistemlər və komplekslər», «Sənaye
elektronikası», «Elektron hesablayıcı vasitələrin
konstruksiya edilməsi və texnologiyası» ixtisasları
üzrə mühəndislər hazırlanır.
Onlar elektron hesablama maşınları, mikrosxem, cihazqayırma,
maşınqayırma, metallurgiya zavodlarında, dəmir
yol müəssisələrində, kompüter texnikası
ilə əlaqədar olan bütün sahələrdə
çalışırlar.
Avtomexanika fakültəsində «İstilik
çevirici, qeyri-ənənəvi və bərpa olunan
enerji mənbələri və qurğuları», «Soyuducu
maşın və qurğular, havanın kondisiyalaşdırılması»,
«Daxiliyanma mühərrikləri», «Avtomobillər və
traktorlar», «Nəqliyyat vasitələrinin texniki istismarı»,
«Nəqliyyatda daşımaların və idarəetmənin
təşkili», «Yol hərəkətinin təşkili»
ixtisasları üzrə mütəxəssilər
hazırlanır.
Onlar avtotraktorların, mühərriklərin, soyuducuların,
kondisionerlərin konstruksiyası, istehsalı, istismarı
və tə’miri sahələrində və bu sahələr
üzrə elmi-tədqiqat və tədris müəssisələrində
işləyirlər.
Dəmir yol nəqliyyatı fakültəsində
«Dəmir yolu və təsərrufatı, onun istismarı»,
«Lokomotiv və vaqon təsərrüfatı», «Dəmir
yol nəqliyyatında avtomatika, telemexanika və rabitə»
ixtisasları üzrə işləyəcək mühəndislər
hazırlanır.
Elektrotexnika və telekommunikasiya fakültəsində
«Rabitə qovşaqları və kommutasiya sistemləri»,
«Çoxkanallı telekommunikasiya sistemləri», «Şəbəkələr,
rabitə sistemləri və informasiyanın paylanması»,
«Elektroizolyasiya, kabel və kondensator texnikası», «Elektrik
nəqliyyatı», «Avtomobil və traktorların elektrik
avadanlığı» ixtisasları üzrə alitəhsilli
mütəxəssislər hazırlanır.
Onlar Rabitə Nazirliyi sistemində, elektrotexnika və
energetika sənayesinin müəssisələrində,
tramvay və trolleybus parklarında, metropolitendə,
elmi-tədqiqat və təhsil institutlarında çalışırlar.
Maşınqayırma fakültəsində
«Maşınqayırma texnologiyası», «Metalkəsən
dəzgahlar və alətlər», “Maşınqayırmada
avtomatik layihələndirmə sistemləri», «Hidravlik
maşınlar, hidropnevmavtomatika» ixtisasları üzrə
mühəndislər hazırlanır.
Fakültənin mə’zunları neftmaşınqayırma,
elektromaşınqayırma, dəzgahqayırma, xüsusi
maşınqayırma, cihazqayırma zavodlarında,
nəqliyyatda, o cümlədən dəmiryol nəqliyyatında,
layihə-konstruktor bürolarında çalışırlar.
Texnoloji və yüngül sənaye maşınları
fakültəsində «Qaldırıcı–nəqliyyat
maşınları və avadanlığı», «Poliqrafiya
maşınları və avtomatlaşdırılmış
kompleksləri», «Yüngül sənaye maşınları»,
«Cihazqayırma», «Metrologiya və metroloji tə’minat»
ixtisasları üzrə mühəndislər hazırlanır.
Onlar respublikanın sənaye, elm və təhsil müəssisələrində
fəaliyyət göstərirlər.
Metallurgiya fakültəsi Azərbaycan
və keçmiş Sovetlər birliyi ölkələrinin
metallurgiya və tökmə zavodlarının sexlərini,
həmçinin çoxsaylı elmi–tədqiqat, layihə–konstruktor
institutlarını yüksəkixtisaslı mühəndis
kadrları ilə tə’min edir.
Fakültə «Əlvan metalların metallurgiyası»,
«Metallurgiya proseslərinin fiziki–kimyəvi tədqiqi»,
«Qara və əlvan metalların tökmə istehsalı»,
«Ovuntu, kompozisiya materialları və örtüklər»,
«Tökmə istehsalının maşınları,
avadanlığı və texnologiyası», «Qaynaq istehsalının
avadanlığı və texnologiyası», «Ətraf
mühitin mühafizəsi və təbii ehtiyatlardan
səmərəli istifadə olunması» sahələrində
işləmək üçün ixtisaslaşan mütəxəssislər
hazırlayır.
Mühəndis biznesi və menecment fakültəsi
müstəqillik qazanmış Azərbaycan Respublikasının
bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar
ölkədə marketinq və menecment sahələrində
çalışa biləcək mühəndis kadrlara
olan ehtiyacı ödəmək məqsədi ilə
yaradılmışdır.
Burada «İstehsalat və xidmət sahələrinin
iqtisadiyyatı və idarə edilməsi», «Menecment»
ixtisasları üzrə iqtisadçı mühəndislər
hazırlanır.
Radiotexnika və mikroelektronika fakultəsi
«Radiorabitə, radioverilişləri və televiziya»,
«Radiotexnika», «Nəqliyyat radioavadanlığının
texniki istismarı», «Radioelektron vasitələrinin
konstruksiya edilməsi və texnologiyası», «Elektron
texnikası materiallarının, komponentlərinin
fizikası və texnologiyası», «Biotexniki və tibb
aparatları və sistemləri» ixtisasları üzrə
mühəndis kadrları hazırlayır.
Onlar radiotexniki profilli müəssisə və zavodlarda,
servis müəssisələrində, radio və televiziya
mərkəzlərində işləyirlər.
Xarici tələbələr fakültəsi
universitetdə xarici ölkələr üçün
yüksəkixtisaslı mütəxəssislər
hazırlanmasını tə’min etmək məqsədi
ilə xarici tələbələrin qəbulu, təhsili
və məişətinin təşkili ilə bağlı
məsələləri həll etmək üçün
fəaliyyət göstərir.
Azərbaycan Texniki Universitetinin xarici tələbələrlə
30 illik iş təcrübəsi vardır. Bu dövr
ərzində 40-dan çox ölkənin, o cümlədən
Türkiyə, İran İslam Respublikası, Bolqarıstan,
Misir Ərəb Respublikası, Birləşmiş
Ərəb Əmirlikləri, Yəmən, İrak,
Suriya, İordaniya, Əlcəzair, Liviya, Anqola, Mali,
Madaqaskar, Mərakeş, Konqo, Zair, Peru, Ekvador, Kuba,
Banqladeş, Hindistan, Əfqanıstan, Çin, Vyetnam,
Koreya, Kamboca və başqa ölkələrin nümayəndələri
təhsil almış və alır. İndiyə
kimi universiteti 1000 nəfərədək xarici tələbə
bitirmişdir. Universitetdə hərbi kafedra fəaliyyət
göstərir. Kafedra ehtiyat zabitlər proqramı
üzrə hərbi hazırlıq dərsləri
keçir. |