AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASI
1920 - ci ildə fəaliyyətə başlamış
indiki Azərbaycan Dövlət Neft Akademiyası (ADNA)
Avropa və Asiyada neft və qaz sənayesi üçün
mütəxəssis hazırlayan ilk ali təhsil müəssisələrindən
biridir. Ötən 79 il ərzində ADNA keçmiş
ittifaq və 60-dan çox xarici ölkənin yanacaq,
enerji və kimya texnologiyası kompleksi üçün
yüksəkixtisaslı, genişprofilli mühəndis
və elmi kadrlar hazırlayan ali təhsil mərkəzinə
çevrilmişdir.
Hal-hazırda respublikada fəaliyyət göstərən
Azərbaycan Kənd Təsərrüfatı Akademiyası,
Azərbaycan İnşaat Mühəndisləri Universiteti,
Azərbaycan Texniki Universiteti və Azərbaycan Sənaye
İnstitutu ADNA-nın ayrı-ayrı fakultələri
əsasında yaradılmışdır. Respublika
Prezidenti H.Əliyev cənablarının vaxtilə
dediyi «İnstitut öz varlığı ərzində
bütün ölkədə ali təhsilin, xüsusən
ali neft təhsilinin inkişafına sanballı kömək
göstərmişdir», «institutun respublikamız qarşısında
xidmətləri böyükdür», «institutu bitirən
kadrlar Azərbaycanın mühəndis-texniki və
elmi işçilərinin özəyi olmuşdur» sözləri
Azərbaycan Dövlət Neft Akademiyasının fəaliyyətinə
verilən ən layiqli qiymətdir. Hal-hazırda ADNA-nın
«Geoloji kəşfiyyat», «Qaz-neft-mə’dən», «Kimya
texnologiyası», «Neft mexanikası», «Energetika», «İstehsalat
proseslərinin avtomatlaşdırılması», «Mühəndis
iqtisad, beynəlxalq iqtisadi əlaqələr ixtisas istiqaməti üzrə bakalavr və 50 ixtisaslaşma üzrə magistr pillələrində birlikdə 6000-dən çox tələbə təhsil alır.
Strateji əhəmiyyətli sahə olan yanacaq-enerji
və kimya texnologiyası kompleksi üçün hazırlanan
gələcək mütəxəssislərin tə’lim-tərbiyəsi
ilə 100-dən çox elmlər doktoru, professor, 600-dən
çox elmlər namizədi, dosent məşğul
olur. Bunların sırasında Respublika Elmlər Akademiyası
və beynəlxalq akademiyaların bir çox həqiqi
və müxbir üzvləri vardır. Elm və texnika
sahəsi üçün mütəxəssis hazırlığında akademiyada
63 kafedra fəaliyyət
göstərir.
ADNA özünün «Hərbi hazırlıq» kafedrası
xəttilə eyni zamanda Milli Ordumuz üçün
ehtiyat zabit kadrları hazırlayır. ADNA-da aspirantura
və doktorantura şö’bələri fəaliyyət
göstərir. Ötən 79 il ərzində akademiya
70000-dən çox mühəndis, 2000-dən çox
elmlər namizədi və 250-dən çox elmlər
doktoru hazırlamışdır. Akademiyada yüksəkixtisaslı
mühəndis və elmi kadrların hazırlanmasında
iki elmi-tədqiqat institutu, 32 elmi-tədqiqat problem
laboratoriyası, «Sənaye müəssisələri
işçilərinin ixtisasartırma və yenidən
hazırlanma institutu» fəaliyyət göstərir.
ADNA-da 60-dan çox ölkə üçün 300 nəfər
mühəndis, bakalavr və magistr dərəcəli
texniki kadr və 270 nəfər elmlər namizədi
və doktoru hazırlanmışdır. Xəzərin
akvatoriyasında və quruda yeni yataqların işlənməsi,
neft konsorsiumlarının fəaliyyətə başlaması,
xarici ölkə şirkətləri ilə əməkdaşlıq
və onun gələcək perspektivləri ADNA qarşısında
bazar iqtisadiyyatı şəraitində işləyə
bilən, müasir texnika və texnologiyanı mənimsəyən
və tətbiq etməyi bacaran mütəxəssislərin
hazırlanmasını tələb edir. Qarşıya
çıxan bu vacib məsələlərin həlli
ilə əlaqədar «ADNA-nın inkişaf proqramı»
hazırlanıb və onun yerinə yetirilməsi üçün
əməli addımlar atılır.
ADNA-nın 1 milyona yaxın kitab fondu olan kitabxanası,
informasiya hesablama mərkəzi, tədris vəsaitləri
çap edən nəşriyyatı, 7 korpuslu tələbə
şəhərciyi, 3 tədris korpusu, tələbə
poliklinikası və xəstəxanası, idman kompleksi,
Nabranda istirahət zonası vardır. Akademiyada «Elmi
əsərlər», «Azərbaycan ali texniki məktəblərinin
xəbərləri» adlı məcmuələr, «Neft
kadrları uğrunda» adlı çoxtirajlı qəzet
nəşr olunur. ADNA-nın mə’zunlarından 50
nəfərdən çox Azərbaycan EA-nın həqiqi
və müxbir üzvü, 150 nəfərdən
çox Sovet İttifaqı və Sosialist Əməyi
Qəhrəmanı, 70 nəfərə yaxın Dövlət
mükafatı laureatı fəxri adlarına layiq
görülmüşdür. Respublikamızda və
xarici ölkələrdə fəaliyyət göstərən
müvafiq şirkət, təşkilat, təhsil və
elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq
tədbirləri mə’zunların gələcəkdə
işlə tə’min olunmasına böyük imkanlar
yaradır. Respublika ali təhsil müəssisələri
içərisində
ADNA yeganə təhsil ocağıdır ki, Avropa
Universitetləri Assosiasiyasına qəbul edilmişdir.
ADNA həmçinin Avropanın «TEMPUS» proqramının
iştirakçısıdır. 1999-cu ildən başlayaraq
bu kompakt-layihə proqramı əsasında «ətraf
mühit və neft sənayesi» ixtisaslaşması
üzrə magistr hazırlığına başlanacaqdır.
1999-cu ildən başlayaraq ADNA Amerika proqramları
əsasında ABŞ-ın Corciya Dövlət Universiteti
ilə birlikdə iki ixtisas üzrə magistrlər
hazırlamağa başlamışdır. İlk
dəfə mə’zunlara Amerika nümunəli diplomlar
veriləcəkdir. Taleyini müstəqillik əldə
etmiş respublikamızın gələcək inkişafı
ilə bağlayan gəncləri ADNA-nın tələbələri
sırasında görmək arzumuzdur.
Universitetin tərkibində 2,5 milyondan çox kitab
fondu olan emi kitabxana, Yaponiyada istehsal olunmuş müasir
tipli rizoqraf və digər çap avadanlıqları
olan nəşriyyat, 6 muzey, informasiya və tərcümə
mərkəzi, idman - sağlamlıq kompleksi, hərbi
kafedra, poliklinika fəaliyyət göstərir.
Hazırda Bakı Dövlət Universitetində 12
ölkədən 400-dən artıq xarici tələbə,
magistrant, aspirant, doktorant, stajor təhsil alır. Eyni
zamanda universitetin 33 tələbə, magistrant və
aspirantı ABŞ, Almaniya, Türkiyə, Fransa, Böyük
Britaniya və Çin Xalq Respublikasının universitetlərində
təhsillərini davam etdirirlər.
Bakı Dövlət Universiteti Avrasiya Universitetlər
Assosiasiyasının üzvüdür. Türkiyə,
Fransa, Almaniya, Amerika, Kanada, İsrail və MDB ölkələri
ilə əməkdaşlıq edir. Universitetin diplomu
dünyanın 50-dən artıq ölkəsində
tanınır.
Universitetin fəxri doktorları arasında Türkiyə,
Özbəkistan, Türkmənistan, Qırğızıstan,
Gürcüstan prezidentləri - Süleyman Dəmirəl,
İslam Kərimov, Saparmurad Niyazov, Askar Akayev, Eduard
Şevardnadze, YUNESKO-nun prezidenti Frederiko Mayor, amerikalı
doktor Lütfi-zadə, fransalı İren Məlikova,
polşalı Tadeuş Svyatoçovski, iranlı doktor
Cavad Hey’ət, almaniyalı Əhməd Şmide kimi
dünyanın görkəmli siyasi və dövlət
xadimləri, məşhur elm və təhsil nümayəndələri
vardır.
Bakı Dövlət Universiteti respublikamızın
ictimai-siyasi və elmi-pedaqoji həyatında həmişə
fəal rol oynayır. Elə bir ümumdövlət
tədbiri yoxdur ki, universitet alimləri, bütövlükdə
universitet kollektivi orada fəal iştirak etməsin.
Son illərin sosial-iqtisadi çətinliklərini,
erməni təcavüzünün məhrumiyyətlərini
dəf etmək üçün universitet kollektivi bütün
ümumrespublika tədbirlərində fəal iştirak
etmiş, qaçqınlara maddi və mə’nəvi
köməkliklər göstərmiş, müntəzəm
olaraq döyüş bölgələrinə getmişlər.
Yurdunu-yuvasını tərk etməyə məcbur
olmuş qaçqınlardan üç min nəfəri
indiyədək universitetin tələbə şəhərciyində
yaşamaqdadır. 300 nəfərdən ibarət
qaçqın uşaqlar üçün universitetdə
orta məktəb təşkil edilmişdir. Universitetin
30 nəfərdən çox tələbəsi Qarabağ
uğrunda döyüşlərdə şəhid
olmuşdur.
|