Tel: (99412) 40-30-09 
myschool@tqdk.gov.az 
 

M.Ə.RƏSULZADƏ ADINA BAKI DÖVLƏT UNİVERSİTETİ

Azərbaycanın ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti 1919-cu ildə yaradılıb. Həmin il sentyabrın 1-də parlament “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında” qanun qəbul etdi. Universitetin və bütövlükdə Azərbaycanda ali təhsilin tarixi həmin gündən başlanır. Sentyabrın 29-da isə parlament Universitetin nizamnaməsini qəbul etdi. Bakı Dövlət Universiteti başlanğıc mərhələdə 4 fakültədən ibarət idi. Bunlar tarix-filologiya (Şərq dilləri bölməsi də daxil olmaqla), fizika-riyaziyyat, hüquq və tibb fakültələri idi. Hərtərəfli hazırlıq görüldükdən sonra noyabrın 15-i Universitetdə ilk dərs günü e’lan olundu.

O vaxt 44 əməkdaşı olan Universitetin auditoriyalarında 877 tələbə və 217 azad dinləyici məşğul olurdu. Onların arasında 297 azərbaycanlı, 366 yəhudi, 209 rus, habelə digər millətlərin nümayəndələri var idi. Hal-hazırda Bakı Dövlət Universitetində 40 ixtisas üzrə 14 mindən çox tələbə təhsil alır. Bu möhtəşəm elm və tədris müəssisəsində 16 fakültə, 113 kafedra, 80 elmi-tədqiqat və tədris laboratoriyası, 1300 nəfər professor-müəllim he’yəti, o cümlədən 250 nəfər elmlər doktoru, professor, 760 nəfər elmlər namizədi, dosent fəaliyyət göstərir.

  Fakültələr        İxtisaslar
  • Mexanika-riyaziyyat
  • Tətbiqi riyaziyyat və kibernetika
  • Fizika
  • Kimya
  • Biologiya
  • Coğrafiya
  • Geologiya
  • Tarix
  • Kitabxanaçılıq
  • Hüquq
  • Şərqşünaslıq
  • Beynəlxalq hüquq və beynəlxalq münasibətlər
  • Sosial elmlər və psixologiya
  • Jurnalistika
  • Filologiya
  • İlahiyyat
  • Tətbiqi riyaziyyat
  • Riyaziyyat
  • Mexanika
  • Fizika
  • Fiziki elektronika
  • Astronomiya
  • Kimya
  • Biologiya
  • Biokimya
  • Coğrafiya
  • Meterologiya və limatologiya
  • Hidrologiya
  • Okeanologiya
  • Fəlsəfə
  • Politologiya
  • Sosiologiya
  • Psixologiya
  • Tarix
  • Hüquqşünaslıq
  • Beynəlxalq hüquq
  • Beynəlxalq münasibətlər
  • Şərqşünaslıq (ərəb, fars, türk filologiyası)
  • Jurnalistika
  • Beynəlxalq jurnalistika
  • Rus dili və ədəbiyyatı
  • Azərbaycan dili və ədəbiyyatı
  • İqtisadi nəzəriyyə
  • İqtisadi kibernetika
  • Kitabxanaşünaslıq və biblioqrafiya
  • Faydalı qazıntılar yataqlarının axtarış və kəşfiyyatı
  • Təbiətin mühafizəsi və təbii sərvətlərin səmərəli istifadəsi
  • Tətbiqi geodeziya
  • Kartoqrafiya
  • Hidrologiya və mühəndis geologiyası
  • Geokimya, mineralogiya və kristalloqrafiya
  • Kitabxanaşünaslıq və kitab satışının təşkili
  • İlahiyyat
  • Yəhudi dili
  • Çin dili

Universitetin tərkibində 2,5 milyondan çox kitab fondu olan emi kitabxana, Yaponiyada istehsal olunmuş müasir tipli rizoqraf və digər çap avadanlıqları olan nəşriyyat, 6 muzey, informasiya və tərcümə mərkəzi, idman - sağlamlıq kompleksi, hərbi kafedra, poliklinika fəaliyyət göstərir.

Hazırda Bakı Dövlət Universitetində 12 ölkədən 400-dən artıq xarici tələbə, magistrant, aspirant, doktorant, stajor təhsil alır. Eyni zamanda universitetin 33 tələbə, magistrant və aspirantı ABŞ, Almaniya, Türkiyə, Fransa, Böyük Britaniya və Çin Xalq Respublikasının universitetlərində təhsillərini davam etdirirlər.

Bakı Dövlət Universiteti Avrasiya Universitetlər Assosiasiyasının üzvüdür. Türkiyə, Fransa, Almaniya, Amerika, Kanada, İsrail və MDB ölkələri ilə əməkdaşlıq edir. Universitetin diplomu dünyanın 50-dən artıq ölkəsində tanınır.

Universitetin fəxri doktorları arasında Türkiyə, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Gürcüstan prezidentləri - Süleyman Dəmirəl, İslam Kərimov, Saparmurad Niyazov, Askar Akayev, Eduard Şevardnadze, YUNESKO-nun prezidenti Frederiko Mayor, amerikalı doktor Lütfi-zadə, fransalı İren Məlikova, polşalı Tadeuş Svyatoçovski, iranlı doktor Cavad Hey’ət, almaniyalı Əhməd Şmide kimi dünyanın görkəmli siyasi və dövlət xadimləri, məşhur elm və təhsil nümayəndələri vardır.

Bakı Dövlət Universiteti respublikamızın ictimai-siyasi və elmi-pedaqoji həyatında həmişə fəal rol oynayır. Elə bir ümumdövlət tədbiri yoxdur ki, universitet alimləri, bütövlükdə universitet kollektivi orada fəal iştirak etməsin. Son illərin sosial-iqtisadi çətinliklərini, erməni təcavüzünün məhrumiyyətlərini dəf etmək üçün universitet kollektivi bütün ümumrespublika tədbirlərində fəal iştirak etmiş, qaçqınlara maddi və mə’nəvi köməkliklər göstərmiş, müntəzəm olaraq döyüş bölgələrinə getmişlər. Yurdunu-yuvasını tərk etməyə məcbur olmuş qaçqınlardan üç min nəfəri indiyədək universitetin tələbə şəhərciyində yaşamaqdadır. 300 nəfərdən ibarət qaçqın uşaqlar üçün universitetdə orta məktəb təşkil edilmişdir. Universitetin 30 nəfərdən çox tələbəsi Qarabağ uğrunda döyüşlərdə şəhid olmuşdur.

Bu il Azərbaycanın ilk ali məktəbi özünün 80 illik yubileyini qeyd edəcəkdir.

Ünvan:
Azərbaycan, 370145, Bakı,
Z.Xəlilov küçəsi, 23
Telefon: (892-2) 39-08-58; (892-2) 38-64-58
Faks: (892-2) 98-33-76
 
 
  Copyright © 2003
Tələbə Qəbulu üzrə Dovlət Komissiyası